Dovletxeberleri.Az
» » Azərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaq

19-03-2019, 08:13Azərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaq

Azərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaq

Banklar haqqında qanuna yeni dəyişklik təklif edilir. Dəyişikliyə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasına kreditlər üzrə faiz dərəcələrinin, komisyon haqlarının və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti veriləcək.
Dovletxeberleri.az xəbər verir ki, bu haqda məlumat verən iqtisadçı Rövşən Ağayev bildirib ki, Azərbaycanda kreditlər çox bahadır. Və bunun əsas səbəblərindən biri bankların özlərinin cəlb elədiyi resursların bahalığıdır:
"Hazırda bank sektoru üzrə resursların 65%-i depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin fazilərinin xeyli yüksək olduğu hər kəsə məlumdur. Bir qayda olaraq bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqbət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə Mərkəzi Bankın əməliyyatları üzrə faiz dərəcələri, açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər, uzun pulların qıtlığı hiss edilmədiyi effektiv borc bazarının fəaliyyət göstərməsi iqtisadiyyatda uzuz resursların yaranmasına imkan yaradır.
Kredit faizləri üçün maksimum tavan müəyyənləşdirmək siyasəti Mərkəzi Bankın əlində olan rıçaqların işləmədiyinin etirafıdır”.
R. Ağayev deyib ki, rəsmi inflyasiyanın 2% olduğu iqtisadiyyatda 9% uçot dərəcəsi olarsa, banklar ucuz kredit verməkdənsə öz resurslarını daha sərfəli gəlirlilik şərtlərilə dövlət qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər:
"Yəni bu tip amillər düyün nöqtələridir - bu düyünlər necə çözüləcək? Kredit fazilərinə yuxarı tavan müəyyən etməklə bərabər qanunvericilliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməldir. Məsələn, dövlət resurslarının banklarda yerləşdirilməsi, dövlət vəsaitlərinin xidmət haqqı müqabilində benefsiarlara çatdırılması üçün bütün banklar üçün adil hüquqi şərtlər təmin edilməlidir.
Daha açıq desək, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanılması, dövlət təşkilatlarının qarşılıqlı maliyyə əməliyyatlarının aparılması yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olmamalıdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI