Dovletxeberleri.Az
» » Problemli kreditlər məsələsinin həllində vətəndaş üçün tətbiq olunacaq GÜZƏŞTLƏR

26-02-2019, 09:46Problemli kreditlər məsələsinin həllində vətəndaş üçün tətbiq olunacaq GÜZƏŞTLƏR

Problemli kreditlər məsələsinin həllində vətəndaş üçün tətbiq olunacaq GÜZƏŞTLƏR
Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib.

Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.



Problemli kreditlər barədə danışan iqtisadçı-alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, məsələnin həlli ilə bağlı ilk təkliflər İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hələ 2015-ci ildə hökumətə təqdim olunub:


“Ölkə başçısının da qeyd etdiyi kimi, artıq iki aya yaxındır hökumət nümayəndələrinin də iştirakı ilə müzakirələr aparılır. Mərkəzi Bank rəhbərilə son görüşdə də problemli kreditlər məsələsi geniş diskussiyalara səbəb oldu. Biz üçtərəfli güzəşt mexanizmi, parlament üzvlərisə fərqli mexanizm təklif edirik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, problem hər üç tərəf - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik. Artıq hökumət problemli kreditlərin həllilə bağlı mexanizmlərin hazırlanmasına başlayıb. Müzakirələrdə həm hökumət üzvlərinin, həm də ekspert qruplarının fikirləri nəzərə alınır”.



V.Bayramovun sözlərinə görə, yaxın günlərdə problemli kreditlərin həllilə bağlı konkret addımalrın şahidi olacağıq:


“İqtisadi və Sosial İnkişaf Mərkəzinin apardığı təhlillər də göstərir ki, problemli kreditlər vətəndaşları narahat edən ən ciddi məsələlərdəndir. Məhz bu narahatlıq dünənki müşavirədə ölkə Prezidenti tərəfindən diqqətə çatdırılıb. Yaxın vaxtlarda problemli kreditlərin həllilə bağlı addımların atılacağının şahidi olacağıq. Hökumət daha çox Amerika modelinin tətbiqində maraqlıdır. Burada problemli kreditlərin səhmləşdirilərək bazara çıxarılması, bunun müqabilində vətəndaşlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin, Rusiya modelində olduğu kimi, vətəndaşlara guzəştlərin verilməsindən söhbət gedir. Bu modeldə ödəmə müddətinin uzadılması, faizlərdə güzəştin tətbiq edilməsi, eyni zamanda aylıq ödəniş məbləğlərinin aşağı salınması və s. nəzərdə tutulur”.



Ekspert qeyd edib ki, proqramın tətbiqi üçün 8 milyon manat vəsait tələb olunur:


“ Hökumətdə gedən müzakirələrdə bu dövlət tərəfindən çəkiləcək xərc kimi nəzərdə tutulur. Bu təkcə xərc də deyil. Ola bilər dövlət bunu səhmləşdirərək bazara çıxarsın, xərcin əhəmiyyətli hissəsini qiymətli kağızlar bazarı hesabına ödəyə bilsin. Bu mütləq xərc deyil. Ona görə də fərqli yanaşmalar var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin Mərkəzi Bankla apardığı müzakirələrdə yanaşmalarda oxşarlıq olduğunu müşahidə edirik. Güman edirəm ki, bizim təkliflərin son paketə daxil edilməsi imkanları genişdir. Son paketə hansı mexanizmlərin daxil ediləcəyi hələlik bəlli deyil. Amma bütün yanaşmalarda devalvasiya nəticəsində yaranan fərqin bir hissəsi dövlət tərəfindən ödəniləcək, eyni zamanda bu mexanizmlərdə vətəndaşa ödəmə vaxtı ilə bağlı daha uzun müddət, faizlərdə güzəşt tətbiq edilə bilər ki, bu da onlar üçün aylıq ödəniş məbləğinin kəskin azalmasına gətirib çıxaracaq. Yaxın zamanlarda problemin həlli üçün proqramın qəbul olunmasının və problemli kreditlər məsələsinin həll olunacağınını şahidi olacağıq”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR