Dovletxeberleri.Az
» » Azərbaycanın ixrac missiyası Qazaxıstandan döndü

6-10-2018, 07:28Azərbaycanın ixrac missiyası Qazaxıstandan döndü

Azərbaycanın ixrac missiyası Qazaxıstandan döndü
Azərbaycanın ixrac missiyasının Qazaxıstana səfəri Çimkənt şəhərində başa çatıb. Missiyada Qazaxıstan və Azərbaycandan olan 29 şirkət iştirak edib. Dovletxeberleri.az xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Çimkəntdə aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.



Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev ixrac missiyasının bu ölkədə uğurlu iş apardığını qeyd edərək vurğulayıb ki, “Made in Azerbaijan” brendinə burada böyük maraq yaranıb.



Qazaxıstan Sahibkarlar Palatasının şöbə müdiri Oljas Janseitov qeyd edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində hər iki tərəf qarşıya qoyulan məqsədlərə çatacaq, müxtəlif brendlərin tanınması üçün real zəmin yaranacaq.



Qazaxıstan tərəfindən 10-dan çox şirkətin, müəssisə və təşkilatların, eləcə də aqrolizinq xidməti ilə məşğul olan kompaniyaların iştirak etdiyi tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verilib.



Tədbir çərçivəsində distribüter şirkətlərlə keçirilmiş ikitərəfli görüşlərdə Çimkənt və ətraf bölgələrdən olan iş adamları ilə Qazaxıstana “Made in Azerbaijan” brendi altında məhsul ixracı imkanları müzakirə edilib.



Azərtac-ın məlumatına görə, görüşlərdə Azərbaycan və Qazaxıstandan olan sahibkarlar əsas istiqamətlər üzrə konkret müzakirələr aparıblar. İxrac missiyasının Çimkəntdəki görüşlərində qida məhsullarının, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri iştirak ediblər. Qazaxıstanlı iş adamları bu ölkəyə daha çox hansı məhsulların ixrac imkanları barədə maraqlanıblar. Onlar rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə geniş məlumatlandırılıb.



Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin, eləcə də Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Almatı və Çimkənt şəhərlərinə təşkil olunan ixrac missiyası başa çatıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasında