Dovletxeberleri.Az
» » Dollarla krediti olanlara VACİB XƏBƏR

28-08-2018, 07:24Dollarla krediti olanlara VACİB XƏBƏR

Dollarla krediti olanlara VACİB XƏBƏR
Dollarla götürülən kreditlər əvvəlki kursla manatla qaytarıla bilər. Dovletxeberleri.az xəbər verir ki, bununla bağlı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə sorğu göndərib. Bu qanunvericilikdə təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi şərtinin Konstitusiya Məhkəməsi tərəfindən necə şərh olunmasından asılıdır. Məsələnin maraqlı detalları var.



Xarici valyuta ilə o cümlədən dollarla götürülən kreditlərin manatla, özü də kreditin götürüldüyü vaxtdakı kursla qaytarılması qanunla mümkün ola bilər. Bu qanunvericilikdəki bir maddənin şərhi və tətbiqndən asılıdır. Söhbət Mülki Məcəllənin 422-ci yəni "Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi" maddəsindən gedir.



Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə həmin maddənin şərh edilməsini xahiş edib.



Belə ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsi qarşısında 3 sual qoyub:



1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?



2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?



3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?



Məsələ ilə bağlı vəkil Anar Ramazanov bildirir ki, verilən sualların şərhi həm vətəndaşlar tərəfindən, həm də banklar nöqteyi nəzərdən çox önəmlidir. Çünki, bu maddənin birtərəfli şərhi birbaşa qarşı tərəfin hüquqlarının pozulmasına gətirib çıxarır.



Anar Ramazanov bildirir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi yanaşması digər məhkəmə mübahisələrində geniş istifadə olunur.



Qeyd edək ki, müraciət bu ilin may ayının 30-da Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev tərəfindən imzalanaraq Konstitusiya Məhkəməsinə göndərilib.



Konstitusiya Məhkəməsindən “Xəzər xəbər”ə verilən məlumata görə məhkəməyə bu məzmunda müraciət daxil olub və hakimlərin plenumunda müzakirə edilib. Hakimlər müşavirə otağına gediblər və məsələ ilə bağlı yaxın zamanda yekun qərarın qəbul edilməsi və ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək