Dovletxeberleri.Az
» » Vüqar Bayramov: “Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”

28-12-2017, 09:20Vüqar Bayramov: “Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”

Vüqar Bayramov: “Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”
“Kreditlərin yüksək faizlə və kimə gəldi verilməsi bankların hazırda yaşadıqları böhranın əsasını qoydu”

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda heç bir bankın bağlanmayacağı ilə bağlı dəfələrlə açıqlama versə də, “Dəmirbank”ın lisenziyasının ləğv edilməsi bütün suallara son qoydu. Və bəlli oldu ki, daha bir neçə bank bağlana bilər. Artıq başa vurmaqda olduğumuz 2017-ci il ərzində bankların sağlamlaşdırma prosesi daim gündəmdə olsa da, görünən odur ki, ciddi bir nəticə əldə edilə bilmədi. Bankların aktivləri azaldı, problemli kreditlərin həcmi artdı. Nəticədə bank sektorunda böhran daha da dərinləşdi. Bəs görəsən, hazırda bank sektorunun batmasının səbəbi nədir? Bu sektoru xilas etmək üçün hansı işlər görülməlidir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, “Dəmirbank”ın müflis elan olunması gözlənilən idi: “Çünki bu bank artıq öz funksiyalarını tam yerinə yetirə bilmirdi. Bankdan xırda əmanətlərin alınmasında belə çətinliklər var idi. Amma bütövlükdə problem, sadəcə, ”Dəmirbank"ın müflis elan olunması ilə bağlı deyil. Problem ondan ibarətdir ki, bank sektorunun sağlamlaşdırılmasına nail olmaq hələlik mümkün olmayıb. 2017-ci ildə bankların sağlamlaşdırılması hökumət üçün prioritet olsa belə, reallıq bundan ibarətdir ki, hələlik bankların sağlamlaşdırılması prosesi toksik aktivlərin, problemli kreditlərin sayının azalmasına gətirib çıxartmayıb. Banklar bu problemləri daha çox sektordan kənar faktorlarla bağlayırlar. Sözsüz ki, sektordan kənar faktorların da təsiri var. Bunu inkar etmək olmaz. Ancaq eyni zamanda bankların 2015-ci ilə qədər olan siyasəti də nəticə etibarilə toksik aktivlərin və problemli kreditlərin həcminin artmasına gətirib çıxardı".

İqtisadçının sözlərinə görə, kreditlərin yüksək faizlə və kimə gəldi verilməsi bankların hazırda yaşadıqları böhranın əsasını qoydu: “Uzun müddət kommersiya bankları əlçatan, ancaq bahalı kreditlər təklif edirdilər. Nəzəri olaraq, əgər nə isə bahalıdırsa, ona əlçatanlıq az olmalıdır. Ancaq Azərbaycanda neft bumu dövründə kreditlər bahalı idi, əlçatanlıq yüksək səviyyədə idi. Kreditlərin faiz dərəcəsi yüksək olsa da, kommersiya bankları kifayət qədər böyük məbləğdə istehlak kreditlərini müştərinin imkanlarını yoxlamadan təklif edirdilər. Həmin dövrdə bəzi kommersiya bankları çay evlərində belə kredit kartları paylayırdılar. Bu bahalı və əlçatan kreditlər bir tərəfdən vətəndaşların borc öhdəliklərinin çoxalmasına gətirib çıxarırdı, digər tərəfdən isə kommersiya banklarının özü üçün potensial problemlər yaradırdı. Bu problemlər də yarandı. Nəticədə devalvasiyadan sonra banklarda problemli kreditlərin həcmində kəskin artım müşahidə olundu, kredit portfelində azalmalar oldu. Əmanət portfelində də azalmalar oldu. Bu da ondan xəbər verirdi ki, bankların toksik aktivlərinin həcmi artmaqdadır. Neft bumu dövründə banklara nəzarətin gücləndirilməsinə ehtiyac var idi. Bu gün müflis olmuş ”Dəmirbank"da sığortalanmayan əmanətlərin həcmi 28 milyon manatdan artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir və o deməkdir ki, qorunmayan əmanət olduğu üçün onların geri qayıtması ehtimalı kifayət qədər azdır. Çünki bankın öhdəliyi çoxdur, aktivləri azdır. Nəticədə qorunmayan əmanətlərin geri qayıtması ilə bağlı çətinliklər var. Bu kontekstdən də bankların sağlamlaşdırılmasına ciddi ehtiyac var".

V.Bayramovun fikrincə, elə bir mərhələdir ki, banklarda problemlərin yaranma səbəblərindən daha çox, aradan qaldırılmasına fokuslaşmağa ehtiyac var: “O baxımdan toksik aktivlərin, eləcə də bank sektorunun sağlamlaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir. Xüsusi proqram vasitəsilə toksik aktivlərin payını azaltmaq, nəticədə problemli kreditlərin həcmini azaltmaq olar. 2008-ci ildəki maliyyə böhranından sonra ABŞ-da xüsusi bir proqram qəbul olundu, o proqrama ABŞ hökuməti 450 milyard dollardan artıq vəsait xərclədi ki, bankların sağlamlaşdırılması mümkün olsun. Azərbaycanda da ayrıca bir proqramla bankların sağlamlaşdırılmasına ehtiyac var. Əks halda, problemli banklar mövcud resursları ilə özlərini sağlamlaşdırmaq iqtidarında deyillər. Ona görə də növbəti mərhələdə vahid proqramın qəbul edilməsi və dövlət dəstəyinin artırılmasına ehtiyac var”.

Problemli bankların hansı səbəbdən birləşməkdən çox bağlanmağa üstünlük verməsinə gəlincə, V.Bayramov bildirdi ki, bu, birbaşa olaraq banklarda korporativ menecmentin qurulmaması ilə bağlıdır: “Müflisləşmiş bankın menecerləri üçün xüsusi məsuliyyət müəyyənləşməlidir. Bank müflisləşərkən milyonlarla manat qorunmayan əmanəti geri qaytarmaq mümkün olmur. Halbuki bank rəhbəri həmin vəsaitlərdən istifadə edir. Bank müflis olsa da, bank rəhbərinin faktiki olaraq ciddi bir məsuliyyəti olmur. Ona görə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bu halda korporativ idarəetmə yaranacaq və banklar birləşməkdə maraq olacaq. Əks halda, problemli banklar müflisləşməkdə maraqlı olaraq qalacaqlar. Çünki praktiki olaraq müflisləşməklə öz problemlərini həll etmiş olurlar”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu sahədəki fəaliyyətinin effektivsizliyinə də münasibət bildirən iqtisadçı ekspert vurğuladı ki, bu məsələdə sistemli yanaşmaya ehtiyac var idi: “Palata yaranan zaman öhdəlik götürmüşdü ki, bankların sağlamlaşdırılması ilə bağlı sistemli yanaşma olsun. Hazırda məhz bu yanaşmanın həyata keçirilməsinə ehtiyac var. Dövlət tərəfindən dəstəyin artırılmasına ehtiyac var. Palata bu istiqamətdə prosesləri sürətləndirməlidir. Eyni zamanda Palatanın təsir imkanları fərqli olmalıdır. Palata da banklar kimi müzakirə aparmalıdır, bankların problemlərini öyrənməlidir, həmin problemlərin həllində dövlət dəstəyinin artırılmasına çalışmalıdır. Bütün bunların əksinə olaraq diqtə etməməlidir. Etiraf etmək lazımdır ki, biz ötən müddətdə daha çox Palatanın banklara nəyisə diqtə etməsini müşahidə etdik, nəinki konstruktiv müzakirələri... Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası da öz strategiyasını tamamilə dəyişməlidir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə Paşayeva