Dovletxeberleri.Az
» » Orta aylıq əməkhaqqı qaldırılır

23-11-2017, 14:34Orta aylıq əməkhaqqı qaldırılır

Orta aylıq əməkhaqqı qaldırılır
“Bu ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8% artaraq 36,2 mlrd. manata, adambaşına düşən gəlirlər 6,9% artaraq 3728 manata çatıb. İnflyasiya 13,9 faiz səviyyəsində olub. Yanvar-avqust aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 7,4 faiz artaraq 524,7 manat təşkil edib. 1 oktyabr 2017-ci il tarixinə muzdla işləyənlərin orta sayı 1 milyon 526 min nəfər, iqtisadiyyatda sərbəst məşğul olanların sayı isə 3 milyon 295 min nəfər olub”.

Məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.

O qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə Fondun büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7% və ya 120 mln. manat artaraq 1,5 mlrd. manata çatıb.

“Qeyri-büdcə sektorundan daxilolmalar proqnozu 105,2% icra olunmaqla 978 mln. manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1% və ya 105,4 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 97,8%-ni təşkil edən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə şərait yaradıb. Cari ilin yanvar-sentyabr aylarında Fondun əmək pensiyaları üzrə xərcləri 2,46 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 196 mln. manat və ya 8,7% artıb”.

Nazir müavini sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikliklər barədə də məlumat verib.

“2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı gözlənilir: Doğulanda gözlənilən ömür uzunluğunun 75,9 yaş (qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş) olacağı; 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi gözlənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər və ya məşğul əhalinin 32 faizi qədər olacağı proqnozlaşdırılır. Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manata çatdırılsın”.

İ.İsayev bildirib ki, 2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 315 min nəfər olacağını göstərir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedibVüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı