Dovletxeberleri.Az
» » Vahid Əhmədov: “Onsuz da hamı bilir ki, o banklar kimindir”

30-03-2017, 13:42Vahid Əhmədov: “Onsuz da hamı bilir ki, o banklar kimindir”

Vahid Əhmədov: “Onsuz da hamı bilir ki, o banklar kimindir”
“Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir ildir ki, fəaliyyət göstərir. Palata fəaliyyətə başlayan zaman bankların diaqnostikasını aparıb.

Bu diaqnostika nəticəsində banklarda yaranmış vəziyyətlə geniş tanış olub. Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. 10 bankın bağlanması Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb. Biz millət vəkili, iqtisadçı olaraq həmişə qeyd etmişik ki, bankların bağlanmasının tərəfdarı deyilik. Bu Azərbaycan iqtisadiyyatına və vətandaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər”.


EnSonXeberlerTv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur.


“Gəlin, 15-20 iri bank saxlayaq ki, sektorda problem olmasın. Çox təəssüf ki, bankların birləşdirilməsi ilə bağlı konkret iş görülmür. Əvəzində bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin. Çox təəssüflər olsun ki, biz bu gün bankları bağlayırıq. Rüfət müəllim, sizə də mən “paçka” ilə məktublar göndərmişəm. Mən minlərlə insandan depozitlərini banklardan götürə bilməməsinə görə müraciət almışam. Bankların əksəriyyətləri ilə də söhbətlər etmişəm. Xahiş etmişəm ki, insanlara depozitlərin, kreditlərin ödənilməsinə köməklik göstərsinlər. Mən təklif edirəm ki, bankların sağlamlaşdırılması zamanı onların birləşdirilnməsinə müəyyən meyllər artırılsın. Onsuz da hamı bilir ki, bu banklar kimindir.. Kimlərə məxsusdur... Bu özbaşına yaranan şey deyil axı”.


Vahid Əhnədov qeyd edib ki, o və həmkarları dəfələrlə məsələ qaldırıblar ki, vaxtı keçmiş kreditlərin məsələsini həll etmək lazımdır.


“Artıq bu rəqəm 1,5 milyard manata yaxınlaşıb. Vəsait artmaq üzrə də davam edir. Bu gün Azərbaycanda bank sistemi fəaliyyətsizdir. Bank sistemi kredit vermir. Bunun da müəyyən hissəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının üstünə atırlar. Deyirlər ki, 65 yaşından yuxarı insan kredit götürə bilməz. Niyə? Bu hansı qanunda yazılıb? Bəlkə o adamın 1000 manat ehtiyacı var. Niyə kredit götürə bilmir? Banklar deyirlər ki, bu Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi tapşırığıdır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI