Главная > İdman > Azərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİB

Azərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİB


13-10-2019, 20:29. Разместил: dovletxeberleri.az
Azərbaycan millisi hesabda geri düşdü  - YENİLƏNİB
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-Macarıstan oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində Macarıstan millisi hesabı açıb. Mixail Korkutun uzaq məsafədən vurduğu top tora daxil olub. 1:0.

***

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxıb.

Dovletxeberleri.az xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağıdır.

Budapeştdə, "Groupama Arena"da baş tutan oyunu Hollandiyadan olan hakimlər briqadası idarə edir.


Komandalar meydana bu heyətlərlə çıxıblar:

Macarıstan: 1. Peter Qulaçi, 3. Mixay Korxut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Soboslay, 14. Qerqö Lovrençiç, 15. Roland Şallai, 20. İstvan Kovats

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi Silvestr Paskual İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21 Pavel Paşayev.

Qeyd edək ki, hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.
Вернуться назад