Главная > İdman > Milli komandamız dünya ikincisi oldu

Milli komandamız dünya ikincisi oldu


29-09-2019, 19:06. Разместил: dovletxeberleri.az
Milli komandamız dünya ikincisi oldu
Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olub. Həlledici qarşılaşmada Yaponiya cüdoçularına uduzan yeniyetmələrdən ibarət milli komandamız dünya birinciliyində 2-ci yeri tutub.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.
Вернуться назад