Главная > İdman > Qurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlar

Qurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlar


12-08-2019, 21:47. Разместил: dovletxeberleri.az
Qurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlar
"Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq".

DovletXeberleri.az APA-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sabah Bakıda baş tutacaq cavab oyunu öncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin baş məşqçisi dəyişdiyindən diqqətli olmalıdırlar: "Onun işi barədə futbolçularımıza lazımı qədər məlumat vermişik. Sabah yaxşı oyun, yaxşı nəticəylə sizləri sevindirməliyik. Narahatçılıq mütləq var. Xüsusilə baş məşqçi dəyişəndə, məndə narahatçılıq var. Çünki ilk oyuna fərqli hazırlaşmışdıq. Amma rəqibin futbolçuları eyni olsa da, indi tam fərqli hazırlıq olub. Bu, ilk dəfə deyil. Əvvəllər də belə hallar olub. İşimizin faydasını görəcəyik. Çünki meydanda çox düşünməli, diqqətli olmalıyıq. Narahatlıq yox, bizim üçün hər hansı problem ola bilər".

Qeyd edək ki, ilk matçda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" ikinci matçına Tofiq Bəhrəmov adına stadionda çıxıacaq. APOEL-lə qarşılaşma saat 20:30-da başlayacaq.
Вернуться назад