Главная > İdman > “Qarabağ” bu gün APOEL-llə oynayır
“Qarabağ” bu gün APOEL-llə oynayır6-08-2019, 08:27. Разместил: dovletxeberleri.az |
![]() Dovletxeberleri.az xəbər verir ki, ilk oyun günündə 5 görüş keçiriləcək. Azərbaycan təmsilçisi "Qarabağ" Kiprdə yerli APOEL-in qonağı olacaq. Komandamız növbəti mərhələyə çıxa bilsə, onun pley-offdakı potensial rəqibləri PAOK və "Ayaks" cütlüyünün qalibi olacaq. Bu komandalar Yunanıstanda üz-üzə gələcək. "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək. Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib. Komandamız Kipr klubuna məğlub olsa, AvroLiqanın pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" AvroLiqaya düşsə, ilk oyununu səfərdə keçirəcək. Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək. Вернуться назад |