Главная > İdman > Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi.

Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi.


13-05-2019, 22:45. Разместил: dovletxeberleri.az
Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi.
Bu gün, 12 may, 2019 cu il tarixdə Ulu Öndər Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi. Təşkilatçı Abşeron rayon İOEUGİŞM olmuşdur.
Yarış Abşeron rayon, Masazır qəsəbəsi 2 saylı orta məktəbin idman zalında keçirilib.
Yarışda 5 dən çox komanda iştirak edib. 20 kq çəkidən 85 kq qədər çəkidə olan gənclər üzrə keçirilən yarış yüksək əhval-ruhiyyədə keçirilib.
Abşeron güləş məktəbinin müəllimləri; Masazırdan Hafiz Xələfov, Süleymanov Aydın, Zəngilan şəhərciyindən Tapdıqlı Teymur, Abşeron Uşaq Gənclər İdman Məktəbindən Talıbov Yalçın, Əsgərov Nəsib, Cəfərov Xəqani, Heybətov Namiq kimi rayonun güləş sahəsində xidmətləri olan müəllimlərin yetirmələri yarışda fəallıq göstəriblər. Yarışda Hafiz Xələfov və Teymur Tapdıqlının yetirmələri xüsusilə seçilib, qaliblər sırasında olublar.
Sonda qaliblər fəxri fərmanlarla təltif edilib.
Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi.
Heydər Əliyevin 96 illiyinə həsr edilmiş sərbəst güləş üzrə Abşeron rayon Açıq birinciliyi keçirildi.

Вернуться назад