Dovletxeberleri.Az
» » Erməniləri məğlub edən qadın şahmatçılarımız vətənə döndü

4-11-2019, 08:14Erməniləri məğlub edən qadın şahmatçılarımız vətənə döndü

Erməniləri məğlub edən qadın şahmatçılarımız vətənə döndü
Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

Dovletxeberleri.az xəbər verir ki, şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında qazanılan bürünc medalı ölkə idmanının böyük uğuru kimi qiymətləndirib: "Qadın şahmatçılar əzmkarlıq və ustalıq göstərdilər. Son turda Ermənistan komandası üzərində parlaq qələbə bürünc medal qazanmağımızda həlledici rol oynadı. Milli gümüş medal da qazanmağa yaxın idi. Sadəcə sonda üçüncü yerlə kifayətlənməli olduq. Ümumilikdə, zərif cinsin nümayəndələrindən razıyıq. Qızlarımız sözün əsl mənasında ölkə şahmatı tarixində yeni səhifə açdı".


Avropa çempionatında son turda Ermənistanla görüşdə birinci lövhədə qələbə qazanan Günay Məmmədzadə bürünc medalı karyerasının önəmli nəticəsi adlandırıb: "Karyeramda önəmli nəticədir. Bu uğurun qazanılmasında komandamızın hər bir üzvünün rolu var. Federasiyanın qayğısı, üstəlik məşqçilərin zəhmətini qeyd etməliyəm. Son turda hər bir şahmatçının mühüm tapşırığı var idi. Gecə saatlarına qədər hazırlaşmışdıq. Mən qələbə qazanandan sonra komanda yoldaşlarım mütləq bərabər vəziyyəti qorumalı idi. Sonda qazandığımız qələbə yığmamıza Avropa çempionatında üçüncü yeri təmin etdi".

Avropa çempionatının bürünc medalçısı Türkan Məmmədyarova Batumidəki uğurun gələcək karyerasına təsirsiz ötüşməyəcəyini bildirib: "Həmişə kişi komandasından uğur gözləyirlər. Bundan sonra hər iki komandamıza inam olacaq. Ümumiyyətlə, biz həmişə iddialı olmağa çalışmışıq. Son illər göstərdiyimiz nəticə medala yaxın olduğumuzu göstərirdi. Həmişə əmsallara görə 3-5, 3-6-cı yerləri tuturduq, medalın bir addımlığında dayanırdıq. İndi bürünc medala layiq görüldük".

Milli komandanın şahmatçısı Gülnar Məmmədova həyəcanlı olduğunu söyləyib: "Dəstəyə görə hamıya təşəkkür edirik. Bürünc medal barədə danışmaq asan deyil. Komanda yarışlarında bir yumruq kimi mübarizə aparmaq lazımdır. Bu dəfə millimiz birləşərək bütün oyunlarda maksimum gücünü ortaya qoydu. Bürünc medal qarşıdakı uğurların başlanğıcıdır".

Batumidə milliyə dəstək olan Zeynəb Məmmədyarova qadın şahmatçılara gələcəkdə də dəstək olmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün hazırlıq planı tərtib olunmalıdır.

Qeyd edək ki, Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq, bürünc medal qazanıblar. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra qitə çempionatında üçüncü yerə layiq görülüb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağbulaq obasında keçirilmişdir.Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdurMilli Məclis Ombudsman vəzifəsinə namizədlərin müzakirəsinə başladıABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç olduAbşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildiXəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQNazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdiƏli Əsədov londonda: Baronessa Emma Nikolson ilə görüş olubAzərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdıErməni snayperlər mövqelərimizi atəşə tutduOqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıbBələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatırPrezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAMSumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAMBu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAMPrezident Sumqayıtla bağlı üç sərəncam imzaladıPrezident Zakir Fərəcovu ordenlə təltif etdiSəlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görəİCRA BAŞÇISI 250 MİNƏ YENİ MAŞIN ALIB - FOTOLARMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSumqayıtın şəhər statusu almasının 70 illik yubileyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçirilibATƏT sədri Azərbaycana gəlirFərid Şəfiyev: “Dağlıq Qarabağ ermənilərin son arzusu deyil”Yeni Azərbaycan Partiyası 27 yaşına çatdıYeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdurLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiAzərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıbTürkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏRBaş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYAMehriban Əliyeva Dmitri Medvedevlə görüşəcəkPrezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAMBu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydı