Dovletxeberleri.Az
» » Rəqib baş məşqçi "Neftçi"yə meydan oxudu

14-08-2019, 21:04Rəqib baş məşqçi "Neftçi"yə meydan oxudu

Rəqib baş məşqçi "Neftçi"yə meydan oxudu
"İlk oyunda komandamın göstərdiyi futboldan razıyam. Xüsusilə də birinci hissədə çox yaxşı oynadılar".

DovletXeberleri.az APA-ya istinadən xəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukassis deyib.

İsrail təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Neftçi"ni qəbul edəcək. Oyunöncəsi mətbuat konfransında 49 yaşlı mütəxəssis bildirib ki, mövsümün əvvəlində göstərdikləri futbol qənaətbəxş sayıla bilər: "Ancaq optimal formada olmaq üçün 3-4 yeni futbolçu lazımdır. Bakıdakı nəticənin bizim üçün nə dərəcədə yaxşı olub-olmadığı sabah deyə biləcəyik. Çünki mübarizənin yalnız ilk hissəsi bitib. "Neftçi" çox yaxşı komandadır, güclü futbolçuları var. Onların qarşısını Bakıda ala bildik. Rəqibin əsas üstünlüyü cari mövsümdə 6-cı rəsmi matçına çıxmasıdır, bizdə 2-ci oyunumuzu keçirəcəyik".

O, ikinci oyunda Bakıdakı nəticəni qorumaq haqda deyil, yaxşılaşdırmaq barədə düşündüyünü qeyd edib: "Birinci qarşılaşmada oyunu rəqibə uyğun qurdum. Deməzdim ki, yalnız müdafiədə oturduq. Hücuma da çıxdıq, 2 qol vurduq. Sabah məqsədimiz Bakıdakı nəticəni qorumaq olmayacaq. Əksinə, bunu daha da yaxşılaşdıraraq azarkeşlərimizi sevindirmək istəyirik. Heç vaxt nə özümə, nə də futbolçularıma Bakıdakı 2:2 hesabının yaxşı nəticə olduğunu deməmişəm. 2:0 qalib gəlsəydik, yaxşı nəticə olardı. Bu üstünlüyünü əldən verdiyimiz üçün 2:2 hesabı heç də yaxşı nəticə deyil".

Y. Abukassisin sözlərinə görə, keçmiş barədə deyil, gələcək barədə düşünür: "İndi sabahkı qələbəni düşünürük. Bundan sonra addım-addım irəliləmək, pley-off mərhələsinin matçlarını düşünəcəyik ki, qrupa düşək. "Neftçi"ni kənarlaşdırsaq, bizim üçün çox böyük nəticə olacaq. Çünki hamı rəqibimizi bu cütün favoriti sayırdı".

Qeyd edək ki, Petah Tikvada təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandaların Bakıdakı ilk oyunu 2:2 hesabı ilə başa çatıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır