Главная > Hərbi / Anons > Müdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"

Müdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"


18-08-2019, 16:23. Разместил: dovletxeberleri.az
Müdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatına yer alan məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, guya düşmənin Azərbaycanla sərhəddə 140 hektar torpağı ələ keçirməsinə dair xəbərin heç bir əsası yoxdur.

"Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”.
Вернуться назад