Dovletxeberleri.Az
» » Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: “Azərbaycan hücuma hazırlaşır”

19-02-2018, 09:16Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: “Azərbaycan hücuma hazırlaşır”

Erməni kəşfiyyatçı Ermənistanı təşvişə saldı: “Azərbaycan hücuma hazırlaşır”
Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən 6-cı qurultayı zamanı tarixi torpaqlarımız - İrəvan, Göyçə, Zəngəzurla bağlı verdiyi bəyanatlar Ermənistanda əməlli-başlı qorxu yaradıb, Rusiyada isə çaşqınlığa səbəb olub.



Ermənistanın qorxuları barədə dəfələrlə erməni KİV-lərinin özü yazıb, Kremlin etirazı isə daha çox özünün regiondakı bir nömrəli müttəfiqinin xeyrinə hesablanıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan prezidenti İlham Əliyevin “İrəvan bizim tarixi torpağımnızdır” deməsinə reaksiyası belə olub:



“Biz Azərbaycanın qonşu Ermənistanla gərgin münasibətlərini yaxşı bilirik. Bu fikir (prezidentin İrəvan açıqlaması - red.) gərginliyin azalmasına xidmət etmir”.



Ölkə başçısı İlham Əliyev YAP-ın qurultayında bildirib ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq.



“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq” – prezident İlham Əliyev çıxışı zamanı belə bildirmişdi.



Dovletxeberleri.az-ın məlumatına görə, Ermənistanın ekspert çevrələri bu bəyanatdan sonra ölkələrinin ordu potensialını artırmağa çağırıb, hətta bəziləri qeyd edib ki, Ermənistan silahlı qüvvələri modernləşməsə, Azərbaycan nəinki Qarabağı, Zəngəzuru da geri alacaq.



Bu müzakirələr fonunda isə Ermənistanın veteran kəşfiyyatçısı Vova Vordanov qeyd edib ki, İlham Əliyevin bəyanatlarını ciddiyə almaq lazımdır.



Onun sözlərinə görə, Azərbaycanın strateji taktikasını anlamaq lazımdır:



“Biz anlamalıyıq ki, Azərbaycan Sevana qədər haradan çatacaq. Azərbaycan ordusu Gexarxunikə Daşkəsən və Gədəbəydən daxil olmalıdır?”-deyə kəşfiyyatçı qeyd edib.



Onun sözlərinə görə, Ermənistan hərbçiləri anlayır ki, Azərbaycan bu istiqamətlər üzrə hücum hazırlayır.



“Əgər Azərbaycan Sevana daxil olmaq istəyirsə, o zaman birinci Gexarxunikə hücum etməlidir. Əgər İrəvana girmək istəyirsə, o zaman hücum Naxçıvandan ola bilər” – Vova Vordanov qeyd edib.



O vurğulayıb ki, Naxçıvandan hücum olsa, Ermənistan üçün bu, baha başa gələcək:



“Çünki Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib. Onlar qismən hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm”.



Vova Vordanov qeyd edib ki, Ermənistan Azərbaycanla real döyüşlərə hazır olmalıdır və əgər belə olmazsa, Ermənistan əlində olan ərazilərə nəzarəti itirə bilər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb