Главная > Hadisə / Dünya > Türkiyədə tayfa davası: 6 ölü

Türkiyədə tayfa davası: 6 ölü


15-06-2019, 22:42. Разместил: dovletxeberleri.az
Türkiyədə tayfa davası: 6 ölü
Türkiyənin Şanlıurfa əyalətində İzol tayfasının təmsilçiləri arasında silahlı toqquşma olub.
Türkiyə mediasına istinadən xəbər verilir ki, insident zamanı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, hadisə əyalətin Siverek rayonunun Çeltik məhəlləsində torpaq sahəsi ilə bağlı yaranmış anlaşılmazlıq səbəbindən baş verib.

Bildirilib ki, dörd nəfər silahlı atışma, 2 nəfər isə hadisə yerindən qaçanların olduğu avtomobilin qəzaya uğraması nəticəsində ölüb.
Вернуться назад