Главная > Hadisə / Ölkə > Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub, saxlanılanlar var

Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub, saxlanılanlar var


10-05-2019, 07:11. Разместил: dovletxeberleri.az
Gürcüstanda polis və azərbaycanlılar arasında insident olub, saxlanılanlar var
Ölkə.Az" report-a istinadən bildirir ki, axşam saatlarında patrul polisinin azərbaycanlının idarə etdiyi avtomobili saxlamasından sonra tərəflər arasında mübahisə yaranıb.

Sürücü xəstəxanaya tələsdiyini və heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayıb. Yaranan mübahisəyə avtomobildə olan digər şəxs də müdaxilə edib.

Kənd sakinlərinin bildirdiklərinə görə, mübahisə nəticəsində 3-4 nəfər saxlanılıb.

Qabal kənd sakinləri həmyerlilərinin saxlanılmasına etiraz edərək kənd mərkəzində toplaşıblar.

ƏTRAFLI
Nar.az

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Qabal kəndinə gedərək insidentin detalları barədə maraqlanıb və yaranmış vəziyyətin aradan qaldırlması üçün yerli sakinlərlə görüşüb.
Вернуться назад