Dovletxeberleri.Az
» » İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR

30-11-2018, 17:38İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR

İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­­liyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.



Bu haqda DSX-dən verilən məlumatda bildirilib.



29 noyabrda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilib, zəruri qabaqlayıcı tədbirlər görül­üb.



Saat 19:10 radələrində Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidməti sa­həsində dövlət sərhə­dinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldı­rı­laraq hadisə yerinə hərəkət edib, nəzarət-iz zolağında İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində ayaq iz­ləri aşkar olunub.



Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədi­lə əlavə qüvvələr cəlb olun­maqla və xü­su­si texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sər­­­­həd axtarışı tədbirləri həyata keçirilib. Sərhədyanı yaşayış mən­­­­tə­qə­ləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qa­pa­­dılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlu­mat­­­landırıl­ıb.



Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd nar­yadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib. Həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edib.

Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılıb.



Cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub.



Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.



Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib. Ona təcili tibbi yardım göstəril­ib. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib.



Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tə­rə­findən sərhəd pozucusu qismində tutulub, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Res­publikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.



Ş Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğ­lunu yaralamış şəxs olması da müəyyən edil­ib.



30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.[center]İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR
İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR
İran-Azərbaycan sərhədində atışma: Elçin Quliyev hadisə yerinə getdi - FOTOLAR

Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq