Dovletxeberleri.Az
» » Vergilər Nazirliyi 3 nəfəri həbs etdi - Səbəb

30-04-2018, 11:16Vergilər Nazirliyi 3 nəfəri həbs etdi - Səbəb

Vergilər Nazirliyi 3 nəfəri həbs etdi - Səbəb
Son zamanlar ölkəmizin paytaxtında və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markası olmayan və saxta aksiz markaları ilə markalanmış malların (əsasən, tütün məmulatları və spirtli içkilər) satışı hallarının artdığı müşahidə edilməkdədir. Bununla əlaqədar Vergilər Nazirliyi tərəfindən aparılan müşahidələr zamanı belə məhsulların satışının həyata keçirildiyi əsas obyektlərin dislokasiyası müəyyən edilib.

Vergilər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb.

Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar müsadirə olunub.

Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1-ci maddəsi ilə cinayət işi başlanılıb və Yasamal rayon məhkəməsinin qərarı ilə qeyri-qanuni əməlləri törətmiş O.Məmmədov, Ç.Rəfiyev və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni qanun pozuntularına yol verdikləri üçün həmin şəxslər əvvəllər də məsuliyyətə cəlb ediliblər.

Alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının kütləvililiyi onların mütəşəkkil xarakter daşıdığına və həmin sahədə geniş bir cinayətkar şəbəkənin fəaliyyət göstərdiyinə dəlalət edir. Aksiz markası olmadan, həmçinin aksiz markalarının saxtalaşdırılması yolu ilə istehlak bazarına çıxarılan məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur.



Cinayət şəbəkəsində birləşmiş belə “işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar.

Vergilər Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, aksiz markası ilə markalanmalı olan malların aksiz markası olmadan və ya saxta aksiz markaları ilə satışı qanun pozuntusudur. Qanunvericiliyin müddəalarının pozulmasına görə, məsuliyyət yalnız qeyri-qanuni məhsulların istehsalı və idxalı ilə məşğul olanlara deyil, həmçinin bu cinayət şəbəkəsinə cəlb edilmiş hər kəsə, o cümlədən onun pərakəndə satışı həyata keçirən şəxslərə də şamil edilir. Qanun pozuntusuna yol vermiş şəxslər cinayət məsuliyyəti daşıyır və onlara qarşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Vergilər Nazirliyi aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı faktlarının aşkar olunması istiqamətində vergi nəzarəti tədbirlərini davam etdirəcək və qanun pozuntusu hallarına yol vermiş şəxslərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görüləcəkdir.

Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də onların istehlakının məhdudlaşdırılması ilə yanaşı, sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.

Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcəkƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdAnkara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMAErmənilər cəbhədə təxribatlara davam edirSəfər Mehdiyev özünü öldürmək istəyən sahibkara nə deyib? - 16 gömrükçü işdən azad edilibZakir Fərəcov Çinə işgüzar səfərə gedirAzərbaycan yığması Slovakiyaya qalib gəldiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏKƏli Həsənov Türkiyə PA-nın nümayəndəsi ilə görüşdüABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlirİlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - YENİLƏNİBBakıdakı Patruşev-Usubov danışıqlarının təfərrüatları“İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” - Leyla AbdullayevaAzərbaycan və İranın Ukraynadakı səfirləri görüşdüDeputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər