Главная > Gündəm / Aktual > Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər


25-03-2020, 15:40. Разместил: dovletxeberleri.az
Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər
Koronavirus pandemiyası dünyada sürətlə yayılır. İnkişaf etmiş İtaliya, İspaniya, Almaniya, Fransa və ABŞ kimi ölkələrdə hər gün 100-lə ölüm faktı qeyd alınır. Azərbaycanda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri görülməkdə davam edir. Belə olan təqdirdə pandemiyanın təhlükəli olduğunu nəzərə alaraq koronavirus haqqında qanun layihəsinin işlənib hazırlanmasına ehtiyac varmı?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı açıqlamasında belə bir qanun layihəsinin işlənib hazırlanmasını məqsədəuyğun hesab edib:

“Tam olaraq koronavirus haqqında qanun layihəsinin hazırlanması barədə konkret bir söz deyə bilmərəm. Ancaq ümumi virusla bağlı qanunvericilikdə nəsə etmək olar. Bəlkə də koronavirus pandemiyası gündəmə gələndən sonra sosial qanunvericilik şöbəsində belə bir qanun layihəsinə baxılıb və müzakirə edilib. Hesab edirəm ki, layihəyə bir daha baxıla bilər”.
Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər
Məlahət İbrahimqızı yoluxucu xəstəliklərlə bağlı qanun layihəsinin olduğunu istisna etməyib:

“Hesab edirəm ki, ölkəmizdə bu qanuna yenidən baxmaq lazımdır. Düzdü, mövcud qanunvericiliyimizdə yoluxucu xəstəliklərlə bağlı qanun layihəmiz var. Sadəcə bu qanun layihəsini bir də nəzərdən keçirtməliyik. Görək orada boşluq varmı?! Çünki son 50 ildə dünya pandemiya yaşamayıb. Quş qripi, donuz qripi kimi xəstəliklər epidemiya şəklində qaldı, pandemiyaya çevrilmədi. Koronavirus pandemiyası isə hansısa dövlətin güc məsələsi deyil. Avropanın ən varlı ölkələri olan İtaliya, Almaniya Fransada yaşananları hamımız müşahidə edirik. Birinci vitse-prezident Mehriban Əliyevnın xalqa müraciətində maraqlı məqam var. İnsanlar elə bilirdilər ki, tibb elmi elə inkişaf edib ki, bütün xıstəliklər tibbin qarşısında acizdir. Ancaq koronavirus pandemiyasının qarşısında dünyanın super dövlətləri belə aciz qaldı. Dövlət başçımız 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan edib. Bu gün həmin o könüllülər tənhalara, yaşlılara, köməksiz insanlara kömək edir. Bu cür diqqətin qarşısında könüllülük prinsipinin əhəmiyyətini dərk etmək çətin deyil. 2020-ci ili “Könüllülər ili” elan etməsi dövlət başçımızın bir daha uzaqgörən olduğunu göstərdi”.
Вернуться назад