Главная > Gündəm / Banner > Deputatlar toplanır: daha 8 qanun dəyişəcək

Deputatlar toplanır: daha 8 qanun dəyişəcək


7-10-2019, 16:08. Разместил: dovletxeberleri.az
Deputatlar toplanır: daha 8 qanun dəyişəcək
Azərbaycan Milli Məclisinin oktyabrın 8-də - sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Xəbər verilir ki, iclasın gündəliyinə 13 məsələ daxildir.

Bunlar "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.
Вернуться назад