Главная > Gündəm > Bu gün Nobel mükafatının laureatları elan olunacaq

Bu gün Nobel mükafatının laureatları elan olunacaq


7-10-2019, 09:36. Разместил: dovletxeberleri.az
Bu gün Nobel mükafatının laureatları elan olunacaq
Bu gün 2019-cu il üzrə Nobel mükafatı laureatları elan olunacaq.

Dovletxeberleri.az xəbər verir ki, əvvəlcə İsveçdə fiziologiya və təbabət (tibb) sahəsi üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq.

Oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, iqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi dekabrın 10-da tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholm və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Osloda təşkil olunur.
Вернуться назад