Главная > Gündəm > Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur

Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur


1-10-2019, 16:33. Разместил: dovletxeberleri.az
Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdurProkurorluq işçilərinin peşə bayramı günü qeyd olunmuşdur

01.10.2019-cu tarixdə Laçın Rayon Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd etmişlər. Laçın Rayon Prokurorluğunun əməkdaşları və rayon fəalları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli prokurorluq işçilərini bu peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Laçın rayon prokuroru Ceyhun Almasov prokurorluq işçilərinin ölkəmizdə bütün dövrlərdə dövlət müstəqilliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə önəmli rol oynamasından söhbət açmışdır. Bu gün Azərbaycanın ən stabil, ən sabit bir məmləkət olduğunu bildirən rayon prokuroru Ceyhun Almasov xalqımızın ümummilli lideri Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan prokurorluq işçilərinin öz xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmələrindən fəxarətlə danışmışdır.
Вернуться назад