Главная > Gündəm > Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur


12-08-2019, 00:18. Разместил: dovletxeberleri.az
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
DovletXeberleri.az xəbər verir ki, bayramı namazı avqustun 12-də 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.


İslam dini Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı: bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də İslam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir.


Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan insаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini valideyinlər, doğmalarla yanaşı qаçqın, köçkün, kimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəkən insаnlаrа da yаşаtmаq, оnu hаmı ilə birgə könül хоşluğu ilə keçirmək savabdır. Qurban kəsməyə imkаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları da Allah-Təala yanında savab əməllərdəndir.


Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olmuşdu. Lakin Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.



Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar olaraq Azərbaycanda 12-13 avqust tarixləri qeyri-iş günüdür.
Вернуться назад