Главная > Gündəm / Ölkə > lham Əliyev rusiyalı generalları qəbul etdi

lham Əliyev rusiyalı generalları qəbul etdi


10-07-2019, 17:11. Разместил: dovletxeberleri.az
lham Əliyev rusiyalı generalları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Müdafiə nazirinin birinci müavini ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dovletxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti bildirib.
Görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.
Görüşdə hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıldı.
Вернуться назад