Главная > Gündəm > Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev sərəncam imzaladı


27-06-2019, 16:17. Разместил: dovletxeberleri.az
Prezident İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Xocəsən-Lökbatan avtomobil yolunun 0-11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dovletxeberleri.az-ın məlumatına görə, sərəncamla altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Вернуться назад