Главная > Gündəm / Təhsil > Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR - Nazir əmr imzaladı

Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR - Nazir əmr imzaladı


1-06-2019, 11:14. Разместил: dovletxeberleri.az
Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİXLƏR - Nazir əmr imzaladı
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.

Dovletxeberleri.az-ın məlumatına görə, bu, təhsil naziri Ceyhun Bayramovun "Müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə" əmrində öz əksini tapıb.

Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı vasitəsilə iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin ediləcək.

Peşə təhsili müəssisələrində 2019-2020-ci tədris ilinə ümumtəhsil fənləri üzrə vakant olan vəzifələrə müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahanında uğur qazanmış namizədlərlə müsahibələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq.
Əmrlə 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilib, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanması baroədə tapşırıqlar verilib.
Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin edilməlidir.
Вернуться назад