Главная > Gündəm / Tədbirlər > Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçirilmişdir.

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçirilmişdir.


12-10-2018, 18:20. Разместил: dovletxeberleri.az
Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Sabunçu rayonunda keçirilmişdir.
2018-ci il 12 oktyabr tarixdə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində “Pirşağı” istirahət zonasında mərasim evində təşkil edilmiş həmin görüş-səyyar qəbulda 60 nəfər laçınlı köçkün iştirak etmişdir.
Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açaraq, cari ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin ölkə başçısı yanında keçirilən iclasında qeyd edilən nailiyyətlərdən ətraflı söhbət açaraq, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə ölkənin bütün sahələrində ciddi inkişafa nail olunduğunu bildirdi. Rayon rəhbəri çıxışında, xüsusilə onu da vurğuladı ki, hər bir məcburi köçkünün mənzil-məişət şəraitinin, habelə sosial rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, habelə gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qeyd olundu ki, məhz bunun nəticəsində əvvəlki illərdə olduğu kimi 2018-ci ilin ötən dövrü ərzində də digər məcburi köçkünlərlə yanaşı yüzlərlə laçınlı köçkün ailəsi də yeni mənzillərlə təmin edilmişdir.
Görüşdə çıxış edənlər ərazidəki köçkünlərin həyat şəraiti barədə məlumat vermiş, mütəmadi olaraq məcburi köçkünlərlə keçirdiyi görüşə və onların qaldırdıqları məsələlərin həllində yardımçı olduğuna görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə təşəkkürlərini bildirərək, istirahət zonasında 25 ildən çox fəaliyyət göstərən mərasim evinin təmir olunmasına və lazımi avadanlıqların alınmasına köməkdarlıq edilməsini, həmçinin ərazidə fəaliyyət göstərən şəhid Laçın rayonunun Zabux kənd tam orta məktəbinin yeni tikiləcək qəsəbədə fəaliyyət göstərməsinə köməklik olunmasını xahiş etmişlər. Laçınlı məcburi köçkün Famil İsmayılovun mərasim evinin təmiri barədə irəli sürdüyü təkliflə bağlı məsələ yerindəcə həll edilmişdir.
Görüş - səyyar qəbulda 12 nəfər laçınlı köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Laçın Rayonu İcra Hakimiyyətinin əməkdaşlarına və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Dovletxeberleri.az
Вернуться назад