Главная > Gündəm / Banner > Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı

Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı


20-11-2017, 14:43. Разместил: dovletxeberleri.az
Əli Həsənov Brüsseldə Qarabağ məsələsini qaldırdı
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimov, Azərbaycanın Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlər, siyasi xadimlər, sabiq ölkə prezidentləri, baş nazirlər və parlament sədrləri iştirak edirlər.

Ə.Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, etnik separatizm nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşahidə olunur. Etnik münaqişələr demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir.

Prezidentin köməkçisi əlavə edib ki, "soyuq müharibə"nin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəlməyə başladı: "Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquq prinisiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardı".
Вернуться назад