Главная > Gündəm / Banner > Su və işığın qiyməti qalxır? - Nazirdən açıqlama

Su və işığın qiyməti qalxır? - Nazirdən açıqlama


7-11-2017, 14:49. Разместил: dovletxeberleri.az
 Su və işığın qiyməti qalxır? - Nazirdən açıqlama
Azərbaycan hökuməti Azərişıq ASC və Azərsu ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.

Məlumata görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb olar və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz buna görə, hökumət gələn il Azərişıq ASC və Azərsu ASC üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazir bildirib: “Biz güzəştə getməliyik”.
Вернуться назад