Главная > Gündəm / Banner > İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə pul ayırdı

İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə pul ayırdı


13-06-2017, 07:01. Разместил: dovletxeberleri.az
İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisinə pul ayırdıPrezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Məlumata görə, sərəncamda deyilir ki, 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Вернуться назад