Dovletxeberleri.Az
» » "Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

9-02-2017, 15:37"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

Azərbaycanda bircə şərəfli nazir, məmur varsa,...

Qarabağ veteranlarının yaşayış şəraiti ilə tanış olmaq üçün bir ailənin qonağı olmaq istədim. Mənə verilən telefon nömrəsini yığdım. Ünvanı soruşdum. "Sumqayıt şossesi, Sumqayıt qəbiristanlığının yanındakı kanalizasiya sularının axıdıldığı ərazi. Dəstəyin o tərəfindən eşitdiklərimdən elə düşündüm ki, məni ələ salırlar. Amma deyilən əraziyə çatanda gördüklərim həqiqətən məni dəhşətə gətirdi. Qışın oğlan çağında, üfunət iylənən kanalizasiya suları arasında dəmir bir vaqon dərhal diqqətimi çəkdi. ​Bu sıradan bir Azərbaycan vətəndaşının evi deyil. Bura Qarabağda döyüşən və sağlamlığını itirən Qarabağ qazisi Mahir Rzayevin "evidir". Evin üstündə bayraqlar dalğalanır. Ətrafdakı evlərdən də bu daxmanı bayraq fərqləndirir. O bayraq ki, sahibi onun uğrunda döyüşüb, əlil olub. Amma reallıq odur ki, Qarabağ qazisi olmaq da, evinin üstündə dalğalanan bayraq da Mahir Rzayevin övladlarını məktəbə getmək üçün paltar tapmamasını sığortalamır , normal dolanışığını təmin etmir.
"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

"İlk döyüşdə göstərdiyi şücaətə görə "Snayperlərin qənimi" adını alıb" Mahir Rzayev 1992-96-cı illərdə Ağdərə və Tərtər istiqamətlərində mübarizə yolu keçmiş veterandır. İlk dəfə 1992-ci ilin avqust ayında Ağdərədə yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Orada kəşfiyyat bölüyünə seçilən Mahir 7 nəfərlik kəşfiyyat qrupuna başçılıq edir. Elə ilk döyüşündə erməni snayperini məharətlə vurduğu üçün ona "Snayperlərin qənimi" adı verilir. Döyüşlərdə gözlənilmədən atdığı addımlar isə Mahirə “Jiqan” ləqəbi qazandırır. Müharibədə 3 dəfə kantuziya alan Mahir 4 il 3 aylıq hərbi xidmətindən sonra paytaxta gəlir. Burada Laçın rayonundan məcburi köçkün olan bir xanımla ailə həyatı qurur. Amma 21 illik ailənin hələ də üzü gülmür.
"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

"Övladlarım qarşısında gözükölgəli atayam" Mahir Rzayev 9 nəfərlik ailənin başçısıdır. Anasını da himayəsində saxlayan Mahir bu gün 20 - 9 yaş arası Laçın, Canər, Rüqiyyə, Sevanə, Salman və Selcan adlı 6 övlad böyüdür. Əgər buna böyütmək demək olarsa. Qəhrəmanım deyir övladlarım qarşısında gözükölgəli atayam. Çünki onları nəinki yaxşı yaşadır, heç zəruri ehtiyaclarını belə ödəyə bilmirəm. Təzə paltarın nə olduğunu bilməyən, əyin-başları cır-cındır içində olan uşaqlar atasının dəmir, şüşə və plasmas yığmaqla qazandığı pulla bir qarnı ac, bir qarnı tox dolanırlar. Ən acınacaqlı məqamlardan biri də odur ki, uşaqların heç biri məktəbə getməyib. Buna həm maddi imkansızlıq, həm də onların köçəri həyatı yaşaması səbəb olub. Qarabağ qazisi deyir ki, bu illər ərzində tanışların evində, kirayələrdə yaşamışam. Sonra isə imkansızlıqdan vaqonda yaşamağa başlamışam. Onu isə harada qoymuşamsa, oradan qovublar. Ən nəhayətində "Kanalizasiya gölü"nün ətrafında qərar tutmuşam.

Ailə heç bir şəraiti olmayan bir otaqdan ibarət vaqon “ev”də yaşayır. Evin mətbəxi vaqonun qarşısında taxtadan qurulmuş barakdır. Hamamı olmayan evciyin sanitar qovşağını isə görmək belə istəməzsiniz.
"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

"Əgər Azərbaycanda şərəfli nazir, məmur varsa bircə gün gəlib ailəsi ilə birgə bu şəraitdə yaşasın" 43 yaşlı Qarabağ qazisi bu gün vətən uğrunda sağlamlığından keçdiyi üçün peşiman deyil. Amma ona verilən qiymət, 6 övladının gözü qarşısında yarı ac, cır-cındır içində böyüməsi qəlbini yandırır. Deyir, əgər Azərbaycanda şərəfli nazir, məmur varsa bircə gün gəlib ailəsi ilə birgə bu şəraitdə yaşasın, ondan sonra mən heç nə istəmirəm.

Təminatlarına gəlincə ailə yalnız müharibə veteranı üçün verilən 50 manat müavinəti alır. Dəflərlə müraciət etməsinə baxmayaraq Mahir Rzayevə ünvanlı sosial yardım verilməyib. Qapısını döydüyü qurumların cavabı isə keçmiş döyüşcünün qəlbini paralayır: Mən səni göndərməmişəm ki müharibəyə, getməzdin!

Əslində Mahirin ailəsinin bu çətin vəziyyətini görənlərdən insaflı çıxanı da olub. Bir necə il əvvəl Sumqayıt Şəhər İcra hakimiyyətinin birinci müavini Tariyel Hacıyev ona yaxınlıqdakı quru ərazidən torpaq sahəsi ayrılması ilə bağlı göstəriş verib. Torpaq ayrılıb. Amma Sumqayıt Şəhər Memarlıq şöbəsinin işçiləri torpağın sənədsiz olduğunu əsas gətirərək, ərazini hasara alır və Mahir Rzayevə onun həndəvərində belə dolanmağa icazə vermir.
"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO

Düzdür, dövlət səviyyəsində şəhid ailələri, müharibə veteranlarına diqqət hər zaman yüksək olub. Onların sosial şəraitlərinin yaxşılaşdırılması, maddi durumlarının artırılması hər zaman ölkə başçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dəfələrlə belə imtiyazlı şəxslərlə görüşündə, prezident vurğulayıb ki, torpaqlarımızın müstəqiliyi uğrunda canından keçən şəxslərə xüsusi hörmət göstərilir. Ölkə başçısı yerli məmurlardan da tələb edir ki, digər vətəndaşlarla yanaşı imtiyazlı şəxslərin də problemlərini tez bir zamanda həll etsinlər. Amma təəssüflər olsun ki, bu həmişə belə olmur. Təssüflər olsun ki, Mahir Rzayev kimi Qarabağ Qaziləri normal yaşayışdan xəbərsiz ömür sürürlər.
"Snayperlərin qənimi" 6 övladı ilə kanalizasiya "adasında" yaşayır - FOTO, VİDEO


Vüsalə Xaməmmədqızı

Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilib