Sığorta şirkətləri fiziki şəxsləri sığorta etməkdə maraqlı deyil.
Bu sözləri iqtisadiyyatçı Vüqar Bayramov sığorta şirkətlərinin fiziki şəxsləri tibbi sığorta etməməsi haqda Axar.az-a danışarkən deyib. O, bunun hər bir sığorta şirkətinin öz seçimi olduğunu bildirib:
“Hər bir şirkətin haqqı var ki, bu xidməti həyata keçirməsin. Bir sıra sığorta şirkətləri fiziki şəxsləri sığorta etməkdənsə, ayrı-ayrı şirkətlərlə müqavilə bağlamağı üstün tutur. Amma hər halda düşünürəm ki, fiziki şəxslərə də bu xidməti göstərmək zəruridir”.
Qeyd edək ki, tibbi sığortanın üstünlükləri və ailələrə yaratdığı rahatlıqlar barədə artıq sosial şəbəkədə rəylər yayılmaqdadır. Ancaq təəssüf ki, sığorta şirkətləri ayrı-ayrı fərdləri tibbi sığorta etmirlər, yalnız şirkətlərlə müqavilə bağlayıb, bütün şirkət əməkdaşları və onların ailələrini tibbi sığorta ilə təmin edirlər.