Dovletxeberleri.Az
» » Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər

16-01-2017, 17:09Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər

 Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər

Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Milli Məclis deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan Modern.az-a bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan jurnalistlər iştirak edib:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçiririk. Bu, sayca 11-ci sorğumuzdur. Parlament jurnalistləri deputatların fəaliyyətini daha yaxından izləmək imkanına malikdirlər. Ona görə də onların seçimi daha obyektiv qiymətləndirilir. Bu il də qərara gəldik ki, üzvlərimiz arasında sorğu keçirib ötən ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək. Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlərlə deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir”.

A.Aslan deyib ki, sorğu nəticəsində “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva olub:

“Millət vəkili Mehriban Əliyeva ötən il 28 May - Respublika günü münasibəti ilə "Amnistiya haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdi. Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi Amnistiya aktının qəbulu ilə 3500 nəfər məhkumluqdan azad edilib, ümumilikdə bu akt 10 minə qədər insanı əhatə edib. Parlament jurnalistlərinin böyük əksəriyyətinin fikrincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər. Bununla onu demək istəyirəm ki, Mehriban Əliyeva daha iki nominasiya üzrə də qalib olub”.

“İlin ən fəal deputatı" nominasiyasının qalibləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Əflatun Amaşov və Çingiz Qənizadə olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə plenar iclaslarda gündəliyə dair təkliflər və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Yevda Abramov, Vahid Əhmədov və Əli Məsimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardımçı olduqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Sevinc Fətəliyeva, Azay Quliyev, Rövşən Rzayev və Cavanşir Feyziyevdir. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək