Dovletxeberleri.Az
» » Deputatdan qaz və işıq limiti ilə bağlı - Təklif

2-12-2016, 15:19Deputatdan qaz və işıq limiti ilə bağlı - Təklif

Deputatdan qaz və işıq limiti ilə bağlı - Təklif

Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır.

Report-un verdiyi xəbərə görə, bu təşəbbüslə deputat Fəzail Ağamalı çıxış edib: "Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırlması yaxşı olardı. Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1 500-dən 3 000-ə qaldırılması məqsədəuyğun olardı. Bakıda da vahid istiklik sistemi olmadığına görə, yenə həmin problem var".

"Tarif Şurasını qərarı ilə Prezidentin kənd təsərrüfatı ilə bağlı siyasətində uyğunsuzluq var. Avadanlıqlar və gübrələr xaricdən alınır və onun da qiyməti artıb ki, nəticədə, tərəvəz məhsullarının istehsalında ciddi problemlər yaranacaq. Həmçinin, Sahibkarlığa Kömək Milli Fonduna gələn ilin büdcəsində vəsait nəzərdə tutulmayıb. Sahibkar hansı maliyyə imkanları ilə inkişaf edəcək. Xahiş edirəm ki, plenar iclasa qədər SKMF-yə vəsaitin ayrılması ilə bağlı məsələyə yenidən baxılsın", - deyə millət vəkili qeyd edib

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1 500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1 500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı il dekabrın 1-dən tətbiq olunacaq.

Elektrik enerjisinin 1 kVt/saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kVt/saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kVt/saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidirSumqayıt: bu günün və sabahın şəhəriJurnalist Fuad Abbasov Azərbaycana göndərildi - Səfirlik açıqlama yaydıPrezident Ramil Usubovu qəbul etdiAŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunubYAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı“Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub“Azərişıq”da yeni departament yaradıldıNazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDIZakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tuturƏkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİVİqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.Deputatdan QHT sədrlərinə sərt mesaj: "Nə şantajla, nə təhdidlə bizdən heç nə qopara bilməzsiniz"Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə danışıqlara xələl gətirir” – Elmar MəmmədyarovŞirməmməd Hüseynovla vida mərasimi Təzəpir məscidində keçiriləcəkMehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir”Elmar Qasımov ipponla qazandı - 4-cü medalDilqəmlə Şahbazın işində yeni XƏBƏRSumqayıtda tibb müəssisəsinin açılışı olduİstanbul meri uğrunda səslərin 100%- i hesablandıVilayət Eyvazov müşavirə keçirdiMehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ