Dovletxeberleri.Az
» » Nazirlər Kabineti bu qurumlarla saziş bağladı

25-03-2020, 08:40Nazirlər Kabineti bu qurumlarla saziş bağladı

Nazirlər Kabineti bu qurumlarla saziş bağladı
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.

Xəbər verilir ki, Azərbaycanın Baş Naziri Əli Əsədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev birgə qərar imzalayıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra - Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2020-2022-ci illər üçün sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və bu Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Deputatdan təklif: “İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir”“İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - SpikerMilli Məclis TOPLAŞIRÇində koronavirusa yoluxanların 93 faizi sağalıbQənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcəkAbituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHIKoronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.Kurdəmir Regional Mədəniyyət İdarəsi. Beyləqan rayon Tarix Diyaşünaslıq muzeyiVətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir – ÖZƏLGenerallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsindəMəcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunurPlenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilibAlternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildiVirusun QƏNİMİ - Bu yolla “koronavirusun atası”nı yandıra bilərsiniz! - Loğmandan TÖVSİYƏDİM şagirdlərə müraciət etdiDüşmən pulemyotlardan kəndlərimizə atəş açdıBu gün iki Milli Qəhrəmanın doğum günüdürKoronavirusdan sağalan azərbaycanlı DANIŞDIDolların bu günə olan MƏZƏNNƏSİBirinci sinfə elektron qeydiyyat başlayırRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam DAYANDIRILDI“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham ƏliyevKarantin rejimi qaydalarını pozanlar həbs edildi“Dərs vaxtı”nın 30 mart cədvəliLaçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır.VİDEOPostlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHIPrezident və Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDAAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidirİrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdiTürkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilibNazir vəzifəsindən azad edildi - TürkiyədəOnlayn supermarket yaradıldıVətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəkGənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiAzərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİSabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHIPolşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildiTürkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı - Ərdoğandan xalqa müraciətAzərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİAzərbaycanda yeni tibbi spirt istehsalına başlanılıbPrezident və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblarYaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıqDeputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar - Spikerdən göstərişDüşmən təxribatının qarşısı alındı - DSX məlumat yaydıKapital Bank-dan təqaüdçülərə güzəştSürücülərə tibbi maska və spirt paylanırMilli Məclisin iclaslarının internet vasitəsilə keçirilməsi proseduru məlum olduİcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirilibBiz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - Azərbaycan əsgərindən xalqa MÜRACİƏT