Dovletxeberleri.Az
» » Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir

23-03-2020, 17:59Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir
Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir. Konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınmış, restoran və kafelərdə iş rejimi saat 15.00-dək müəyyən edilib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir: "Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilmişdir. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunub, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib". "Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub",-deyə rəsmi məlumatda qeyd edilib. Respublikanın şəhər və rayonalrında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılıb. Daxili İşlər Nazirliyindən (DİN)Modern.az-a verilən məlumata görə, bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb: "Həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Milli Məclis TOPLAŞIRÇində koronavirusa yoluxanların 93 faizi sağalıbQənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcəkAbituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHIKoronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.Kurdəmir Regional Mədəniyyət İdarəsi. Beyləqan rayon Tarix Diyaşünaslıq muzeyiVətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi gözlənilir – ÖZƏLGenerallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsindəMəcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunurPlenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilibAlternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirildiVirusun QƏNİMİ - Bu yolla “koronavirusun atası”nı yandıra bilərsiniz! - Loğmandan TÖVSİYƏDİM şagirdlərə müraciət etdiDüşmən pulemyotlardan kəndlərimizə atəş açdıBu gün iki Milli Qəhrəmanın doğum günüdürKoronavirusdan sağalan azərbaycanlı DANIŞDIDolların bu günə olan MƏZƏNNƏSİBirinci sinfə elektron qeydiyyat başlayırRayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam DAYANDIRILDI“Koronavirus xəstələrinin müalicəsi ən vacib məsələdir” - İlham ƏliyevKarantin rejimi qaydalarını pozanlar həbs edildi“Dərs vaxtı”nın 30 mart cədvəliLaçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Ağcabədi rayonu Taxta Körpü ərazisində koronavirus təhlükəsinə qarşı işlər aparılır.VİDEOPostlardan hansı avtomobillər və şəxslər buraxılacaq? - SİYAHIPrezident və Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin AÇILIŞINDAAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyidirİrşad Electronics müştərilərinin kredit ödəmələrinə fasilə verdiTürkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilibNazir vəzifəsindən azad edildi - TürkiyədəOnlayn supermarket yaradıldıVətəndaşlar təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər - Polisdən açıqlama“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcəkGənclər Fondunun əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiAzərbaycanda bu işdə çalışanların maaşı artacaq - RƏSMİSabah bu dövlət orqanları və qurumlarda İŞ GÜNÜDÜR-SİYAHIPolşadan 90 Azərbaycan vətəndaşı Bakıya gətirildiTürkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı - Ərdoğandan xalqa müraciətAzərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİAzərbaycanda yeni tibbi spirt istehsalına başlanılıbPrezident və Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı nekroloq imzalayıblarYaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıqDeputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar - Spikerdən göstərişDüşmən təxribatının qarşısı alındı - DSX məlumat yaydıKapital Bank-dan təqaüdçülərə güzəştSürücülərə tibbi maska və spirt paylanırMilli Məclisin iclaslarının internet vasitəsilə keçirilməsi proseduru məlum olduİcbari tibbi sığortanın tətbiqi müddəti dəyişdirilibBiz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın! - Azərbaycan əsgərindən xalqa MÜRACİƏTLaçın Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq bağlaması paylanmışdırKoronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır - Azərbaycanda