Dovletxeberleri.Az
» » Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”

27-02-2020, 20:45Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”

Prezident Artur Rasizadəni qəbul etdi: “Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun”
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.



Modern.az xəbər verir ki, Artur Rasi-zadəni yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:



Hörmətli Artur müəllim, ilk növbədə, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafı naminə fəal işləmisiniz, həm sovet dövründə, həm müstəqillik dövründə.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun illər fəaliyyət göstərmisiniz. Heydər Əliyev hələ 1970-ci illərin sonlarında sizi çox məsul bir vəzifəyə təyin etmişdir - Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə. O vaxt - sovet dövründə Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı üçün bu komitənin xüsusi rolu var idi və hələ gənc yaşında ikən bu böyük vəzifə sizə həvalə edilmişdi.



Ondan sonra həm Mərkəzi Komitədə, həm Nazirlər Kabinetində yüksək vəzifələrdə işləmisiniz. Müstəqillik dövründə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan üç il sonra sizi Baş Nazir vəzifəsinə təyin etmişdir. Siz 22 il bu vəzifədə fəal işləmisiniz və ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Bu 22 ilin 15 ilini biz sizinlə bərabər işləmişik və bu illər ölkəmizin iqtisadi inkişafı üçün çox önəmli illər olubdur. Azərbaycan bu illər ərzində çox sürətlə inkişaf edib və iqtisadi inkişafın templərinə görə dünya miqyasında lider dövlətdir. Bütün bu müsbət nailiyyətlərdə sizin də böyük əməyiniz, payınız var. Hesab edirəm ki, bu 15 il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edilmişdir, ölkəmizin sənaye potensialı böyük dərəcədə artmışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, vətəndaşların rifah halı yaxşılaşdırıldı. Maaşların, pensiyaların orta hesabla təqribən 8-10 dəfə artması bunun əyani sübutudur.

Bu gün Azərbaycan möhkəm ayaqda duran güclü dövlətlər sırasındadır və istənilən sınaqdan şərəflə çıxa bilmişdir. O cümlədən bir neçə il bundan əvvəl dünyada baş vermiş iqtisadi, maliyyə böhranı bizə təsir etsə də, hesab edirəm ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxa bilmişik. Həmin müddətdə təbii ki, biz daim təmasda idik və hesab edirəm ki, vaxtında atılmış addımlar bizi böyük problemlərdən sığortalaya bilmişdir.

Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir. 2005-ci, 2010-cu, 2015-ci illərdə siz mənim tərəfimdən “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmusunuz. Hesab edirəm ki, bu da dövlət tərəfindən sizin fəaliyyətinizə verilən ədalətli qiymətdir.

Yubileyiniz ərəfəsində mənim Sərəncamımla siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Baxmayaraq ki, siz artıq təqaüddəsiniz, ancaq həm keçmiş xidmətləriniz, həm də bu gün fəal və birmənalı mövqeyiniz nəzərə alınaraq bu yüksək ordenlə təltif edilmisiniz. İcazə verin, bu ordeni sizə təqdim edim.



xxx



Prezident İlham Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini Artur Rasi-zadəyə təqdim edib.



Artur Rasi-zadə deyib:



- Möhtərəm cənab Prezident, mənim əməyimə verdiyiniz qiymətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən fəxr edirəm ki, uzun illər ərzində Ulu Öndərin şagirdi və silahdaşı olmuşam. Mən fəxr edirəm ki, Siz 2003-cü ildən başlayaraq gərgin fəaliyyətiniz nəticəsində Azərbaycanı bütün istiqamətlərdə tərəqqi və inkişaf yoluna çıxardınız. Mən tam əminəm ki, gələcək illərdə də bu tendensiya davamlı olacaq. Bu barədə mənim heç bir şübhəm yoxdur.

Cənab Prezident, mən Sizə cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Tam əminəm ki, respublikamızın mövqeyi gələcək illərdə həm daxildə, həm də xaricdə indikindən də yüksək olacaq. Mənə göstərdiyiniz diqqətə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Arzu edirəm ki, Sizinlə növbəti görüşümüz Dağlıq Qarabağda olsun. Mən buna tam inanıram. Hamı bilir və istəyirəm ki, bu haqda mənim dilimdən bir daha eşitsinlər: Sizin Silahlı Qüvvələrə həmişə birinci növbədə diqqətiniz təbii ki, bizim döyüş qabiliyyətimizi dəfələrlə artırdı, dəfələrlə. Ümumiyyətlə, inkişafdan danışsaq, mən səhərə kimi danışa bilərəm. Siz özünüz çıxışınızda əsas məsələlərə toxundunuz. Mən bir daha Sizə dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, “Vətənə xidmət”dən yüksək söz ola bilməz. Ona görə xahiş edirəm bir daha dərin təşəkkürümü qəbul edəsiniz. Sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, nə qədər qismət olsa, biz həmişə Sizin fəaliyyətinizdən və işlərinizdən şadlanaq. Mən tam əminəm ki, belə də olmalıdır. Bir daha çox sağ olun.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəbhədə gərginlik artıb - düşmən aktivləşib190 manat üçün birdəfəlik ödəmədə növbə bu rayonlarındırDeputatlar bu gün toplaşır - Baş Nazir videohesabat verəcək“Dövlət hər ailəyə pul ayırır ki, evdən çölə çıxmasın” - MÜSAHİBƏ"Bəzi sahibkarlar süni qiymət artımına meyl göstərir" - Nazir müaviniMahirə Əsədova 60- dan artıq ehtiyacı olan vətəndaşımıza DƏSTƏK OLDU+YENİLƏNDİMaliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...”Nazirlər Kabineti: “Karantin müddəti uzadıla bilər”Biz dayanmadan ehtiyacı olan ailələrə ölkə rəhbərliyinin adından yardım edirik.Koronavirusdan zərərçəkən sahibkarlara belə yardım ediləcək - ŞƏRTLƏRPrezidentdən 35 min nəfəri sevindirəcək SƏRƏNCAM“Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF31 deputat Milli Məclisin sabahkı iclasına getməyəcək - SƏBƏB AÇIQLANDIYeni hökumətin təzə parlamentə ilk HESABATI - Nələrə şahid olacağıq?..190 manatı almaq istəyən işsizlərin qeydiyyatı BAŞLADIİşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə - Nazirlikdən reaksiyaPensiyaların ödənilməsinə başlanıldı - Rayonlar üzrə SİYAHIYAP Səbail rayon Gənclər Birliyi karantin rejimində də fəaliyyətinə davam edirErmənilər atəşkəs rejimini 24 dəfə pozubHökumətdən daha bir qərar: əlillik müddəti uzadıldıSevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırırGülağa Məmmədovun Azərbaycana gətirdiyi Təbrizli SƏNƏTKARBakıda 15 gün karantində qalan jurnalist ordakı şəraitdən YAZDI - FOTO“İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var” - NazirHeydər Əliyev Mərkəzindən İrana dəstəkŞəxsiyyət vəsiqəsinin vaxtı keçən işsizlərə XƏBƏRDARLIQİşsiz statusu alanlara birdəfəlik ödəmələr bu tarixdən veriləcəkAztəminatlı tənha təhsil işçiləri diqqət mərkəzində saxlanılır.Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE