Dovletxeberleri.Az
» » Bərdə: Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI

20-02-2020, 17:48Bərdə: Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI

Bərdə: Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI
Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Təhsil Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən verilən birgə məlumata görə, bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib:

“Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılmış, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulub”.

Qeyd olunub ki, hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir:

“Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Millət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - TrampSon sutkada daha 79 min nəfər COVID-19 infeksiyasına yoluxubXaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir”Abşeron rayonunda 65 yaşdan yuxarı sakinlərə, ərzaq bağlamalarının çatdırılması işləri davam etdirilir.Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilibYalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcəkKoronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldıAğdam Birliyi köməyə ehtiyacı olan sakinlərə ərzaq yardımı edibBu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRARƏhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQHər birimiz bacardığımız qədər son dərəcə imkansız ailələrə bu çətin günlərdə dəstək olmalıyıq!Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaqZəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcəkSahibkarlara vergi stimulları və tətilləri veriləcəkAzərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcəkAzərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcəkƏli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİAzərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcəkBaş Nazir sahibkarlıq subyektləri ilə bağlı SƏRƏNCAM verdiMədət Quliyev Prezidentə MÜRACİƏT ETDİAzərbaycana giriş-çıxış dayandırıldı - RəsmiKİVDF-nin yeni rəhbəri kimdir? - DOSYETəhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildiPrezidentdən MTRŞ-ə yeni üzv təyinatıMilli Məclisin Toponomiya Komissiyasına sədr seçildiİlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdiAprel qələbəsinə dair onlayn konfrans keçirildiTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaqİnsanları xilas etmək lazımdır yoxsa İQTİSADİYYATI ? - Millət vəkili yazırHeydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - FotoEvdə qal və əməliyyatları Müştəri Bank-la et!“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəlDİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdiTürk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadıQənirə Paşayeva seçicilərinə yardım göndərdiBazarlarda qiymətlər niyə qalxır... - REPORTAJABŞ-dakı vətəndaşlarımıza onlayn konsulluq xidməti göstəriləcəkCəbhədə gərgin gecə - Pulemyotlar susmadıHeydər Əliyevlə dost olan Xalq şairi - VİDEOİngiltərə Premyer Liqası bu gtarixdən bərpa olunacaqTürkiyədə 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi - ƏrdoğanKİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcəkYaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQAzərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI“Çörək puluna işləyən fəhlələrə yardım edilməlidir...” — Deputatdan hökumətə ÇAĞIRIŞRamiz Mehdiyevin kürəkəni Koronovirusla Mübarizə Fonduna bu qədər ianə etdi