Dovletxeberleri.Az
» » Ombudsman Səbinə Əliyeva Guido Ambroson ilə görüşüb

12-02-2020, 21:39Ombudsman Səbinə Əliyeva Guido Ambroson ilə görüşüb

Ombudsman Səbinə Əliyeva Guido Ambroson ilə görüşüb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Guido Ambrosonu qəbul edib.

Ombudsman Aparatından DovletXeberleri.az-a verilən məlumata görə, qonağı salamlayan Müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barəsində məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununa əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də Ombudsmana müraciət etmək hüququnun olduğunu, bu kateqoriyalardan olan insanlardan müraciətlər aldığını bildirib. Belə müraciətlərə heç bir ayrı-seçkiliyə yol verilmədən hər birinə diqqətlə baxıldığı, müsbət həlli istiqamətində müvafiq işlər görüldüyü qeyd olunub.

Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğu qonağın diqqətinə çatdırılıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin olunmasının Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Görüş zamanı birgə təlim-seminarların və maarifləndirmə tədbirlərinin təşkili miqrantların hüquqlarının səmərəli təmini, onların vətəndaşlıq problemlərinin həlli, qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Ombudsman, eyni zamanda, iki qurum arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqəsdilə yeni və daha uzunmüddətli anlaşma memorandumunun imzalanmasını təklif edib.

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən qonaq Ombudsmanın məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, iki qurum arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sumqayıtdan göndərilən yardım Çinin Mienyen şəhərinə çatdıMehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiriDOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq - Süleyman İsmayılovBaş həkim koronavirusdan öldüTürkiyə və Rusiya diplomatları danışıqlara bu gün davam edəcəkAli və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİSahib Ələkbərov:MÜSAHİBƏRövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcəkNazirlikdən pensiyaçılara XƏBƏRDARLIQZakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTOSəfər Mehdiyev müşavirə keçirdi - FOTOLARLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şirvan şəhərində keçirilmişdir.Ağcabədi rayonunda hesabat yığıncağı keçirilibPrezident Hacıqabula 4.9 milyon manat ayırdıVilayət Eyvazov mayoru rəis təyin etdiYAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏTRobotlar xərçəng müalicəsində inqilab edəcəklər"Paşinyan yalan danışır, mən elə söz deməmişəm" - Ayaz MütəllibovAzərbaycan güləşçisi Avropa çempionatının gümüş medalını qazandıİlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ - DETALLARİlham Əliyev Münhendə Paşinyanı susdurduİlham Əliyevlə Paşinyanın görüşü başlayıbŞikayətləri DSK-da baxılacaq dairələr - SİYAHIAzərbaycanın hərbi qulluqçusu şəhid olubDİN sözçüsündən XƏBƏRDARLIQ: Razılaşdırılmamış yerdə mitinq keçirilsə...Hindistan Ərdoğanın Kəşmir çıxışına sərt reaksiya VerdiÇindən Türkiyəyə təxliyyə olunan azərbaycanlılar artıq BakıdaMSK-nın növbəti iclasının vaxtı AÇIQLANDIPrezident Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşübXəzər dənizinə tökülən çay bağlana bilərErmənilər Muncuqlu kəndini atəşə tutduRusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca “dövlət” kimi təqdim edir - FOTOFAKTSabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkCəbrayıl Həsənov da ermənini məğlub etdiMəşhəd və Kərbəla ziyarətləri - QMİ turizm şirkətlərinə rəqabətdə uduzurİşsizlərə ŞAD XƏBƏR - Dövlət 250 AZN pul ödəyəcəkÇində yeni növ koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatdıGörkəmli alim Arif Paşayevin doğum günüdür!Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada öldüPrezident Avropa İttifaqının komissarı ilə görüşdü - FOTOZakir Fərəcov bu məktəbdə oldu, şagirdlərlə görüşdü – FOTOBu tibbi ləvazimatların ölkədən çıxarılması qadağan edildi - Baş nazirdən qərarUEFA "Mançester Siti"ni Çempionlar Liqasından kənarlaşdırdıPrezident İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİBQarabağda daha bir erməni əsgər öldü“Münaqişə yalnız mərhələli qaydada həllini tapmalıdır” - Prezidentin köməkçisiZakir Fərəcov növbəti səyyar qəbul keçirib – FOTOLARSabiq təhsil şöbəsinin müdirinə açılmış cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib – HƏBS OLUNA BİLƏRİmişlidə ağır qəza: 1 ölü, 2 yaralılham Əliyev Tokayevlə görüşdü - YENİLƏNİB