Dovletxeberleri.Az
» » Dövlət Gömrük Komitəsinin sədri GUAM-ın baş katibi ilə görüşüb

11-02-2020, 20:28Dövlət Gömrük Komitəsinin sədri GUAM-ın baş katibi ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri GUAM-ın baş katibi ilə görüşüb
Fevralın 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.



Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Komitə sədri bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə atılacaq bütün addımlar üzv ölkələrlə yanaşı, regionun da tərəqqisinə öz töhfəsini verəcəkdir.



Səfər Mehdiyev son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edərək qeyd edib ki, tətbiq edilən yeniliklər nəticəsində daha çevik və dinamik struktur formalaşıb. Şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verən Komitə sədri vurğulayıb ki, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsi hesabına beynəlxalq ticarət və tranzit sürətləndirilib, ölkənin ixrac potensialı artıb.



O da vurğulanıb ki, təşkilat çərçivəsində həyata keçirilən Ticarətə və Nəqliyyata Yardım layihəsi GUAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsi və intensivləşdirilməsinə münbit şərait yaradıb. Lakin DGK sədri bildirib ki, tranzit potensialının daha da gücləndirilməsinə maneə törədən texniki problemlər bəzi üzv ölkələr tərəfindən dərhal aradan qaldırılmalıdır.



Eyni zamanda, Komitə sədri GUAM üzv dövlətləri arasında blokçeyn texnologiyasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycanın üzv dövlətlər arasında bütün sahələrdə əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Altay Əfəndiyev təşkilat çərçivəsində həyata keçirilən layihələrin üzv dövlətlər arasinda məlumat mübadiləsinin gücləndirilməsinə, ticarət əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, tranzitin inkişafına şərait yaratdığını, gömrük orqanlarının da bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Nazarbayev İlham Əliyevi təbrik etdiSumqayıtdan göndərilən yardım Çinin Mienyen şəhərinə çatdıMehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiriDOST mərkəzlərinin sayı 31-ə çatdırılacaq - Süleyman İsmayılovBaş həkim koronavirusdan öldüTürkiyə və Rusiya diplomatları danışıqlara bu gün davam edəcəkAli və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik - RƏSMİSahib Ələkbərov:MÜSAHİBƏRövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcəkNazirlikdən pensiyaçılara XƏBƏRDARLIQZakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib - FOTOSəfər Mehdiyev müşavirə keçirdi - FOTOLARLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şirvan şəhərində keçirilmişdir.Ağcabədi rayonunda hesabat yığıncağı keçirilibPrezident Hacıqabula 4.9 milyon manat ayırdıVilayət Eyvazov mayoru rəis təyin etdiYAP-dan MSK-nın qarşısında keçirilən aksiyaya MÜNASİBƏTRobotlar xərçəng müalicəsində inqilab edəcəklər"Paşinyan yalan danışır, mən elə söz deməmişəm" - Ayaz MütəllibovAzərbaycan güləşçisi Avropa çempionatının gümüş medalını qazandıİlham Əliyev Qarabağ müzakirələrində Paşinyanı DARMADAĞIN ETDİ - DETALLARİlham Əliyev Münhendə Paşinyanı susdurduİlham Əliyevlə Paşinyanın görüşü başlayıbŞikayətləri DSK-da baxılacaq dairələr - SİYAHIAzərbaycanın hərbi qulluqçusu şəhid olubDİN sözçüsündən XƏBƏRDARLIQ: Razılaşdırılmamış yerdə mitinq keçirilsə...Hindistan Ərdoğanın Kəşmir çıxışına sərt reaksiya VerdiÇindən Türkiyəyə təxliyyə olunan azərbaycanlılar artıq BakıdaMSK-nın növbəti iclasının vaxtı AÇIQLANDIPrezident Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşübXəzər dənizinə tökülən çay bağlana bilərErmənilər Muncuqlu kəndini atəşə tutduRusiyanın Dövlət Muzeyi Qarabağı ayrıca “dövlət” kimi təqdim edir - FOTOFAKTSabah dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkCəbrayıl Həsənov da ermənini məğlub etdiMəşhəd və Kərbəla ziyarətləri - QMİ turizm şirkətlərinə rəqabətdə uduzurİşsizlərə ŞAD XƏBƏR - Dövlət 250 AZN pul ödəyəcəkÇində yeni növ koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatdıGörkəmli alim Arif Paşayevin doğum günüdür!Yanğında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada öldüPrezident Avropa İttifaqının komissarı ilə görüşdü - FOTOZakir Fərəcov bu məktəbdə oldu, şagirdlərlə görüşdü – FOTOBu tibbi ləvazimatların ölkədən çıxarılması qadağan edildi - Baş nazirdən qərarUEFA "Mançester Siti"ni Çempionlar Liqasından kənarlaşdırdıPrezident İlham Əliyev Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİBQarabağda daha bir erməni əsgər öldü“Münaqişə yalnız mərhələli qaydada həllini tapmalıdır” - Prezidentin köməkçisiZakir Fərəcov növbəti səyyar qəbul keçirib – FOTOLARSabiq təhsil şöbəsinin müdirinə açılmış cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib – HƏBS OLUNA BİLƏRİmişlidə ağır qəza: 1 ölü, 2 yaralı