Dovletxeberleri.Az
» » Bu gün Azərbaycanda Gənclər Günüdür

2-02-2020, 05:17Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.



Dovletxeberleri.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.


Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.


Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.


Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi olub.


Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayr, bu siyasətin icrasında daim onun yanındadır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanırAzərbaycan istehsalı olan tibbi maskalar bu tarixdən satışa çıxarılacaqBiz birlikdə güclüyük190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - VideoNazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək”Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHIBMT baş katibi tibb işçilərinə təşəkkür etdiƏfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdıNeft yenidən bahalaşdıNuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcəkATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd SeyidovGecə cəbhədə nə başverib?Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! – XALQA SEVGİ NÜMUNƏSİNazirlik birdəfəlik ödəmələrin kimlərə ayrılacağını AÇIQLADIƏfv sərəncamının icrasına başlanılıbTəhsil nazirinin müşaviri teledərslərdən yazdı: "Azərbaycan öz zəngin təcrübəsini bölüşə bilər"Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdırARB TV-yə yeni direktor təyin olunubAğdaban faciəsindən 28 il ötürAdil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcəkMilli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYEPrezident əfv sərəncamı İMZALADIİlham Əliyev Akif Çovdarovu ƏFV ETDİAzərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham ƏliyevAhıl və tənha insanlara qayğı göstərmək xalqımızın adət-ənənəsidirİlham Əliyev karantin rejiminin qüvvədə qalacağı tarixi AÇIQLADIİşsizlərin nəzərinə - qeydiyyat yalnız bu qaydada aparılırİlham Əliyev koronavirus təhlükəsilə bağlı xalqa MÜRACİƏT ETDİPensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsizVergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDIBəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanırPrezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDANazirlikdən kasıb tələbələrin təhsil haqları ilə bağlı AÇIQLAMAHökumətin hesabatına əlavələr edildiElman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək?Ağcabədidə dəhşət: Qardaşları benzin töküb yandırdılarCəbhədə gərginlik: düşmən iriçaplı pulemyotlardan kəndlərimizi atəşə tutubKoronavirusu 48 saat içində məhv edən dərman tapılıbİndoneziyada 6,1 bal gücündə ZƏLZƏLƏ"İctimai Qərargah ictimai sektorun potensialını tam səfərbər edəcək" - Azay QuliyevSalyanda tibbi maskaların tikilməsinə başlanıldı.FOTOAzərbaycanda koronavirusdan 2 nəfər öldüASAN-dan tövsiyə: SMS müraciətlərini 1 saat öncədən həyata keçirsinlərEvdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQMillət vəkillərimiz Vankuver sessiyasında iştirak edə bilməyəcəkSəfir diplomatiya könüllüləri ilə bu cür görüşdü“Milli Məclisdə amnistiya haqqında təklif irəli sürülə bilər” – Deputat AÇIQLADIUEFA avrokuboklar üçün son tarixi müəyyənləşdirdi"Koronavirusla mübarizə üçün Nyu-Yorka əlavə qoşun göndəriləcək" - Tramp