Dovletxeberleri.Az
» » Vilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLAR

17-01-2020, 15:34Vilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLAR

Vilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLAR
Yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın ümumən daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsirini vurğulayıb.

Sonra hesabat dövründə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmək üçün söz Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova verilib.

Məruzəçi bildirilib ki, ötən il paytaxtda ümumilikdə 11min 176 cinаyət qеydə аlınmışdır ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlmuşdur. 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalmışdır.

Cinаyətlərin prоfilаktikаsındа və аçılmаsındа müаsir infоrmаsiyа tехnоlоgiyаlаrının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi, “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlаndığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açıldığını bildirib.

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də 95 mənzildən oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov, nаrkоtiklərlə bаğlı aşkar olunan 1.244 fakt üzrə 372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödətdirildiyini vurğulayıb.

Məruzə ətrafında çıxış edən Bakı şəhər BPİ-nin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Müşavirəyə yekun vuran Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Konkret tapşırıq və tövsiyələrini verən nazir, Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2020-ci ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının daha da qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.

Qanunla müəyyən edilən vəzifələrin yüksək səviyyədə icrası üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, daxili işlər orqan və hissələrinin dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayan general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, bu ali diqqətə və etimada cavab olaraq Bakı şəhər polis qarnizonunun şəxsi heyəti xidməti borcunu bundan sonra da layiqincə yerinə yetirəcəkdir.
Vilayət Eyvazov paytaxt polisindəki müşavirədə: nazir konkret tapşırıqlar verdi - FOTOLAR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham ƏliyevAzərbaycanın da qoşulduğu neft alyansı dağıla bilərKoronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHIBu ölkə də vətəndaşlarını Çindən təxliyə edirAzərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcəkATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEOBakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham ƏliyevLeyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTOMSK-nın 4 saat çəkən iclası başa çatdıHəbs olunan icra başçısının videosu yayıldı - VİDEOMSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQDSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDIİlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olduAzərbaycan İtaliyadan hərbi təyyarələr alacaqATV-yə xəbərdarlıq olundu - Manaf Ağayevə görəTəhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMATəhsil naziri məktəb direktoruna tapşırıq verdi - ZənginləşdirinDTX Neftçalada daha iki vəzifəli şəxs SAXLADI - FOTOÇindən gələn ukraynalılar ölkəyə buraxılmadıİlham Əliyev: “Ölkənin iqtisadiyyatı sabitdir”"QARABAĞ AZƏRBAYCANDIR" - İlham Əliyev İtaliya prezidenti ilə birgə bəyanat verdi + TAM MƏTNMehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olubMehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Prezident Neftçalanın icra başçısını vəzifəsindən azad etdiAydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ