Dovletxeberleri.Az
» » Ombudsman bəyanat VERDİ

15-01-2020, 16:03Ombudsman bəyanat VERDİ

Ombudsman bəyanat VERDİ
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.



Ombudsman Aparatından verilən bəyanatda bildirilib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkənin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları silahlı hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib.



“Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.



20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Çünki hadisə zamanı insanlar məhv edilib, məcburi yoxa çıxarılıb, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilib, işgəncə, qəsdən güclü iztirablara səbəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilib.

20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur. Azərbaycan Respublikası 20 Yanvar faciəsi ilə əlaqədar reallıqları, qətliamı törədənlərin cəzalandırılmasının zəruriliyini dünya ictimaiyyətinin diqqətinə təqdim edir.

Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, o cümlədən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımızın hüquqlarının pozulması faktı beynəlxalq birliyin nəzərinə çatdırılır”, - deyə bəyanatda qeyd olunub.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Ərdoğanla görüşdüƏrdoğanın rəsmi qarşılanma mərasimi olubAvropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırırŞəhid İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirildiDaha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildiSOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edirDağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydıPrezident vəzifəli şəxsləri İranla sərhədə göndərdiÜlviyyə Ağayevanın lider olduğu dairə barədə QƏRARŞəhidimiz kimdir?İlham Əliyevdən Tokio-2020 ilə bağlı SƏRƏNCAMAzərbaycanın dini icmalarının rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏTAzərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİPrezident İlham Əliyev Ərdoğana başsağlığı verdiÜmumavropa Qarabağ Mitinqi məqsədinə çatdı: “İnsanların sayı çox idi...meydana yerləşə bilmirdik”Azərbaycana 60 min kiloqram qurban əti göndərildiİlham Əliyevin İtaliyaya səfəri başa çatdıŞəhid Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Yeni seçilən deputatların SİYAHISIBerlində Ümumavropa Qarabağ mitinqi başa çatdı - FOTOLARMünhenin ƏKS-SƏDASI: Qarabağla bağlı erməni və azərbaycanlı tarixçilərin debatı mümkündürmü...“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaqCəbhədə gərginlik artıb - atəş kəsmirQondarma rejimin xaricdəki ofisləri bağlana bilər? - Rəsmi Bakıdan CAVAB"Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb” - İlham ƏliyevAzərbaycanın da qoşulduğu neft alyansı dağıla bilərKoronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHIBu ölkə də vətəndaşlarını Çindən təxliyə edirAzərbaycan və Türkiyə diaspora fəaliyyətini gücləndirəcəkATƏT PA-nın sessiyasında ermənilərə sərt tənqid - VİDEOBakıda Küveytin Dövlət müstəqilliyinin 59-cu ildönümü qeyd edildi"Əsas vəzifəmiz Azərbaycanla İtaliya arasında ticarət əlaqələrinin şaxələndirilməsidir" - İlham ƏliyevLeyla Əliyeva Romada FAO-nun yeni baş direktoru ilə görüşdü - FOTOMSK-nın 4 saat çəkən iclası başa çatdıHəbs olunan icra başçısının videosu yayıldı - VİDEOMSK sədrindən dairə və məntəqə sədrlərinə XƏBƏRDARLIQDSK-nın Musa Qasımlının dairəsi barədə qərarı qüvvədə SAXLANILDIİlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olduAzərbaycan İtaliyadan hərbi təyyarələr alacaqATV-yə xəbərdarlıq olundu - Manaf Ağayevə görəTəhsil Nazirliyindən DTX tərəfindən saxlanılan şöbə müdiri ilə bağlı AÇIQLAMATəhsil naziri məktəb direktoruna tapşırıq verdi - ZənginləşdirinDTX Neftçalada daha iki vəzifəli şəxs SAXLADI - FOTOÇindən gələn ukraynalılar ölkəyə buraxılmadıİlham Əliyev: “Ölkənin iqtisadiyyatı sabitdir”"QARABAĞ AZƏRBAYCANDIR" - İlham Əliyev İtaliya prezidenti ilə birgə bəyanat verdi + TAM MƏTNMehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olubMehrablı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Prezident Neftçalanın icra başçısını vəzifəsindən azad etdiAydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ