Dovletxeberleri.Az
» » "Məclisin tərkibində ciddi dəyişiklik olacaq" - YAP-dan erkən seçki ilə bağlı mesaj

29-11-2019, 14:52"Məclisin tərkibində ciddi dəyişiklik olacaq" - YAP-dan erkən seçki ilə bağlı mesaj

"Məclisin tərkibində ciddi dəyişiklik olacaq" - YAP-dan erkən seçki ilə bağlı mesaj
"Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti Konstitusiyaya tamamilə uyğundur”.

Bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov müxalif qüvvələrin mövcud müraciətlə bağlı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müxalifətin yaddaşında bir az problem var: "Ona görə də nə dediklərini bilmirlər. Çünki sonuncu toplantılarında qəbul etdikləri sənədin sonuncu bəndi elə növbədənkənar parlament seçkiləri ilə bağlı bənd olub. Yəni onlar düşünürdü ki, bəyanat versələr, hakimiyyət həmin məsələdən uzaqlaşacaq, seçkilər keçirilməyəcək. Halbuki onların bəyanatının bizə heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. Bu baxımdan, Azərbaycan xalqının tələbinə uyğun olaraq işini qurur”.

S.Novruzov bildirib ki, dünya praktikasına müxalifət növbədənkəanr seçkiləri önəmli sayır: "Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyilsə, onda fəaliyyətləri nədən ibarətdir. Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı müxalifət namizəd tapa bilməyib. Onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini tapıb gətirirdilər. Hansı ki həmin ərəfədə də namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə idi. Ona görə də seçkilərdə ən vacib məsələ zamandır”.

YAP-ın deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlillər apardığına diqqət çəkən MM-in komitə sədri əlavə edib ki, deputatların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla əlaqələri, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir: "Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Növbəti seçkilərdə onların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. Artıq bizə hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir”.

MM-in komitə sədri eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır: "Hər seçki öncəsi belə siyahılar dərc olunur”.

"Parlamentin 7-8 üzvü müxtəlif səbəblərdən burada təmsil olunmur. Tərkibin dəyişməsi də məhz seçicilərdən asılıdır. Seçkidə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Seçkinin ilk işi təhlildir. Təhlil olmadan seçkidə uğur qazanmaq olmaz. Müxalifətin isə belə taktikası yoxdur. Tərkibdə ciddi dəyişiklik olacaq, amma bu yenə də seçicidən asılıdır”- deyə o fikirlərinə əlavə edib/Report.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Zakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDIAzərbaycan Dillər Universitetinə “yeni rektor” seçildiAzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlər Kabinetinə iki şöbə müdiri təyin olundu - ADLARPREZİDENT İKİ İCRA BAŞÇISI TƏYİN ETDİ - Deputata yeni vəzifə verildiSumqayıt şəhərində qışa hazırlıqla bağlı geniş iclas keçirilibMilli Məclis qanunvericilik fəaliyyətini dayandırıb - Səfa MirzəyevAğcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi.Konstitusiya Məhkəməsi bu gün deputatların məsələsinə BAXACAQDekabrda son 8 gün ardıcıl iş günüdür – Nazirlər Kabinetindən dəyişiklikNazirlər Kabinetində yeni təyinat - Baş Nazirin köməkçisi rəis olduSəyyar qəbul : Vətəndaşlarla birbaşa ünsiyyət Kəhrizli kəndiMilli Məclis icbari tibbi sığorta haqlarını müəyyən etdiElmar Məmmədyarov Sergey Lavrovla GÖRÜŞÜRSəadət Yusifovaya Prezident Administrasiyasında yeni vəzifə verildi“Aprel şəhidi”nin xanımı bələdiyyə seçkisinə QATILIB“Şəhidimiz” kampaniyasına qoşulan könüllü gənclər Ağcabədidə şəhid ailələrinə baş çəkiblərSOCAR vitse-prezidenti vəzifədən AZAD EDİLDİRus deputat Dilqəmlə Şahbaza görə yeni Ombudsmanla görüşəcəkBakı şəhərində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir başa vurulduPrezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - DOSYEİlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon ayırdı - SƏRƏNCAM“Lavrov İrəvanda imzaldığının eynisini Bakıda imzalayacaq” - ŞƏRHAzərbaycanın yeni Ombudsmanı kollektivə təqdim olunubSürücülərin nəzərinə - Etibarnamələrin verilməsi elektronlaşdırıldı