Dovletxeberleri.Az
» » Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır

7-11-2019, 15:56Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumata görə, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi çərçivəsində ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul edilmiş və islahatların institusional komponentini əhatə edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək həmin dəyişikliklərə əsasən ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub.

Hazırkı sənədlər toplusuna daxil olan layihələr 12 normativ hüquqi akta, o cümlədən Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, "Məhkəmələr və hakimlər haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Dövlət məhkəmə ekspertizası haqqında”, "İnzibati icraat haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Qeyd edilən layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələrindən ibarət işçi qrupları yaradılıb, statistik məlumatlar və mövcud təcrübə təhlil edilib, qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin hüquq ictimaiyyətinin, akademik dairələrin, sahibkarların iştirakı ilə geniş ictimai dinləmələr keçirilib, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda Amerika Ticarət Palatasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təklifləri və rəyləri toplanıb.

Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

"Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən dəyişikliyə əsasən vahid məhkəmə təcrübəsi yaradılmasının məqsədi ədalət mühakiməsi həyata keçirilərkən məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etməkdir.

Layihəyə əsasən Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırmalıdır. Ali Məhkəmə izahların dövrün tələblərinə uyğunluğunu təmin etmək məqsədilə onları daim yeniləməlidir.

Qanun layihələrinə əsasən məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq.

Qanun layihələri paketinə daxil olan ikinci mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişləndirilməsidir. Təklif edilən dəyişikliklərə əsasən yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir.

Layihəyə əsasən mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edə və həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək.

Hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir. Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması ilə bağlı qanunvericilik aktlarının layihələri daxildir/Report.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağbulaq obasında keçirilmişdir.Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdurMilli Məclis Ombudsman vəzifəsinə namizədlərin müzakirəsinə başladıABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç olduAbşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildiXəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQNazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdiƏli Əsədov londonda: Baronessa Emma Nikolson ilə görüş olubAzərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdıErməni snayperlər mövqelərimizi atəşə tutduOqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıbBələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatırPrezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAMSumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAMBu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAMPrezident Sumqayıtla bağlı üç sərəncam imzaladıPrezident Zakir Fərəcovu ordenlə təltif etdiSəlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görəİCRA BAŞÇISI 250 MİNƏ YENİ MAŞIN ALIB - FOTOLARMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSumqayıtın şəhər statusu almasının 70 illik yubileyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçirilibATƏT sədri Azərbaycana gəlirFərid Şəfiyev: “Dağlıq Qarabağ ermənilərin son arzusu deyil”Yeni Azərbaycan Partiyası 27 yaşına çatdıYeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdurLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiAzərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıbTürkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏRBaş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYAMehriban Əliyeva Dmitri Medvedevlə görüşəcəkPrezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAMBu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydı