Dovletxeberleri.Az
» » Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR

7-11-2019, 14:46Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR

Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR
Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.



Dovletxeberleri.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.



Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər iştirak ediblər.



Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.

Firudin Qurbanov çıxışında ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.



Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyib.



Deputat Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.


“N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.


Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub.



Yürüşdən sonra Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi kollecinin kollektivi ilə görüşüb, müəllim və tələbə heyəti ilə söhbət aparıb.



Sonra “N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.
Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR
Ön cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLAR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağbulaq obasında keçirilmişdir.Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunmuşdurMilli Məclis Ombudsman vəzifəsinə namizədlərin müzakirəsinə başladıABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç olduAbşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildiXəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQNazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdiƏli Əsədov londonda: Baronessa Emma Nikolson ilə görüş olubAzərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdıErməni snayperlər mövqelərimizi atəşə tutduOqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıbBələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatırPrezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAMSumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAMBu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAMPrezident Sumqayıtla bağlı üç sərəncam imzaladıPrezident Zakir Fərəcovu ordenlə təltif etdiSəlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görəİCRA BAŞÇISI 250 MİNƏ YENİ MAŞIN ALIB - FOTOLARMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSumqayıtın şəhər statusu almasının 70 illik yubileyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçirilibATƏT sədri Azərbaycana gəlirFərid Şəfiyev: “Dağlıq Qarabağ ermənilərin son arzusu deyil”Yeni Azərbaycan Partiyası 27 yaşına çatdıYeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdurLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiAzərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıbTürkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏRBaş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYAMehriban Əliyeva Dmitri Medvedevlə görüşəcəkPrezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAMBu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydı