Dovletxeberleri.Az
» » Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz” - YENİLƏNİB

21-10-2019, 21:13Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz” - YENİLƏNİB

Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
XƏBƏR verilir ki, Prezident İlham Əliyev deyib: Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.

Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz.


Əli Həsənov: Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!


Prezident İlham Əliyev: Siz buna layiqsiniz, Əli müəllim, mən bunları tam səmimi deyirəm. Əlbəttə ki, gündəlik formatda Prezidentdən daha çox tənqidi fikirlər səslənir, bu da təbiidir. Amma mən hər bir adamın, hər bir vəzifəli şəxsin fəaliyyətini obyektiv qiymətləndirirəm və sizin ünvanınıza dediyim sözlər tam həqiqətə uyğundur.


Əli Həsənov: O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir.

Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun.


Prezident İlham Əliyev: Sağ olun, Əli müəllim.



***



Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini