Dovletxeberleri.Az
» » İlham Əliyev vitse-prezidenti qəbul etdi

26-09-2019, 16:48İlham Əliyev vitse-prezidenti qəbul etdi

İlham Əliyev vitse-prezidenti qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dovletxeberleri.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz, sizi görməyə şadam. Mənə verilən məlumata görə, siz Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak edirsiniz. Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir. Bildiyiniz kimi, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Bununla yanaşı, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb. Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Bildiyiniz kimi, Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.

Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk. Fərəhləndirici haldır ki, Dünya Bankının “Doing Business” hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub. Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmazlıqları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib. “Doing Business” hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir. Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes deyib:

- Qəbula görə təşəkkür edirəm. Səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu Fond peşəkarcasına idarə olunan fondlardan biridir və biz bu əlaqələrimizə böyük önəm veririk. Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır. Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir və mövzunun çox aktual olduğunun şahidiyik. Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur.

Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edildi
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilib